Ağstafa MX-da 575 min manatlıq artıq və əsassız ödəniş aşkarlanıb -Sənədlər Baş Prokurorluğa göndərilib
Maliyyə Nazirliyi Səhiyyə Nazirliyinin Ağstafa Mərkəzi Rayon Xəstəxanasında ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbiri həyata keçirib.
ONA-nın xəbərinə görə, nəzarət tədbirləri 1 avqust 2015 – 1 may 2018-ci il tarixlərini əhatə edib.
Aparılan yoxlamalar zamanı 575 min manat məbləğində artıq və əsassız ödəniş aşkarlanıb.
Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq sənədlər Baş Prokurorluğa göndərilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın