Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakinləri etiraz aksiyası keçiriblər-

Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakinləri etiraz aksiyası keçiriblər- Ramiz Tatarov və ətrafı torpaqlarımızdan keçən neft boru kəmərlərinə görə , kompensasiyaları mənimsəyib

Kənd sakinləri, neft-qaz kəməri çəkilən zaman torpaqlarının kompensasiya pulunun rayon rəhbərliyi, Tatarov Ramiz tərəfindən mənimsənilməsinə dair öz etirazlarını bildiriblər.Etirazçılar Bakı- Tibilisi-Ceyhan,eləcə də digər boru kəmərlərinə görə,kənd sakinlərinə verilməli olan 450 min dollarlarla vəsaitin Ağstafa rayon İcra Hakimiyyətinin hazırda həbs olunmuş 1-ci müavini Ramiz Tatarov və ətrafı tərəfindən mənimsənildiyini bildirirlər.

Faktinfo.az Aşağı Kəsəmən səhifəsində yayımlanmış videomüraciətin linkini təqdim edir:

https://www.facebook.com/100007845660050/posts/2551741771763987/?sfnsn=mo&d=n&vh=i 

Qeyd edək ki, 20 ildən çox Ağstafa rayon əhalisinə zülüm edən,rayon əhalisi ilə ölkə rəhbərliyi arasında etimadı zədələyən  Ramiz Tatarov bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.Onun həbs olunması rayon əhalisi tərəfindən  toy-bayramla qarşılanıb.Hətta bu münasibətlə Ağstafa rayonunda ölkə prezidenti İlham Əliyevin şərəfinə yüzlərlə şəxs badələr qaldırıb.

Faktinfo.az onu da qeyd edir ki,Ramiz Tatarovun hökmüranlığına dəstək olmuş şəxslər hazırda Ağstafa  rayon İcra Hakimiyyətində hələ də vəzifədədirlər.Bu siyahıda biraz əvvəl işdən çıxarılmış şöbə müdirləri də var.Rayonda son on ilə dair kompleks yoxlamalar aparılsa rayon sakinlərinə dəymiş ziyanın miqyası on milyon  manatlarla  ölçülər.Ramiz Tatarova "yaşıl işıq" yandırmış  keçmiş icra başçıları-Cümşüd Musayev,Məhərrəm Quliyev cavab verməli olarlar.

Onda məlum olar ki,son 15 il müddətində Ağstafa rayonunda 2007-ci ildən əvvələ "rəsmiləşdirilən həyətyanı sahələrə",rayonun kəndlərindən keçən boru kəmərlərinə görə mənimsənilən kompensasiyalara,bəzi rayon sakinlərinin pay torpaqlarının "özününküləşdirilməsinə,ikinci şəxslərə satılmasına",saxta diplomlu bəzi kənd icra nümayəndələrinin himayə edilməsinə,qaz,su boru xətlərinin doğratdırılaraq qara bazarda satdırılmasına,ünvanlı sosial yardımların verilməsinə görə,kənd icra nümayəndələrinin verdikləri "arayışlara",boru xətlərinin keçdiyi dəmyə torpaqlarda verilmiş kompensasiyalara dair edilmiş qanunsuzluqlara,kənd bələdiyələrinə verilmiş dotasiyalara, taxıl əkilmiş sahələrin suni şəkildə bir neçə dəfə şişirdilərək mənimsənilən subsidiya həcminə, rayonun vəzifəli şəxslərindən alınan yüz min manatlarla rüşvətə və s.özbaşnalıqlara görə,kimlər məsuliyyət daşıyar.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi