Ağstafa RİH-də kadr dəyişikliyi gözlənilir
Ağstafa Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi gözlənilir.
Faktinfo.az- a daxil olan məlumata görə,bu günlərdə ərizəsinə əsasən işdən azad edilən Goranboy Rayon İcra Hakimiyyəti Aparatının Ərazi İdaretmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədovun növbəti həftədən Ağstafa Rayon İcra Hakimiyyətində məsul vəzifəyə təyin olunacağı bildirilir.
Xatırladaq ki, İ.Məmmədov uzun müddət Goranboy rayon İcra Hakimiyyətində çalışıb,icra başçısı Nizaməddin Quliyevin ən sadiq kadrlarından biri kimi tanınıb.
Qeyd edək ki,Nizaməddin Quliyev hazırda Ağstafa RİH-nin başçısıdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın