Ağstafa və ətraf rayonlarda yoxlamalar aparılacaq
Ağstafa və ətraf bir neçə rayonda taxıl istehsalında məhsuldarlığın aşağı olması ilə bağlı müvafiq yoxlama aparılacaq.
Bu barədə Faktinfo.az saytına rayondan məlumat verilib. Yoxlamanın aparılmasına səbəb isə son illər sözügedən rayonda taxıl biçimindən sonra məhsuldarlığın aşağı olmasına dair statistikanın qeyri - qənaətbəxş olmasıdır.
Mənbənin bildirdiyinə görə, Ağstafa və ətraf rayonlara taxılçılıq üzrə ayrılan dotasiya və yanacaq pulu digər yüksək məhsuldarlıq əldə edən rayonlardan heç də az deyil. Buna baxmayaraq, taxıl istehsalında aşağı məhsuldarlıq əldə edilməsi Ağstafa və ətraf rayonlarda torpaq sahiblərinə dövlət tərəfindən ayrılan pul və yanacağın mənimsənilməsi ehtimalını artırıb,məhz buna görə yoxlama aparılması zərurəti yaranıb.
Firuddin Oruc
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın