Ağstafa Xəstəxanasından şikayətçi həkimə verilən cavab:Şikayətinizə göndərilən sorğuya cavab olaraq bildiririk ki,.. - FOTO
Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"ə zamanla Ramin Bayramlının təyin etdiyi, hazırkı TƏBİB rəhbərliyinin də işlətdiyi İlham Sofiyev orada yaxşılığa doğru heç nəyi dəyişməyib.
Belə demək mümkündüsə "Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs" Allahın ümüdünə buraxılıb, İlham Sofiyev və başına yığdığı həkimlərə orada vaxt keçirməyə zaman tanınıb.
Qeyd edək ki,Faktinfo.az saytı bir müddət əvvəl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs" in təcili yardım şöbəsində dözülməz vəziyyətlə bağlı yazmışdı.Arasından müəyyən müddət keçməsinə baxmayaraq xəstəxanada vəziyyət nəinki dəyişib,əksnə həkimlər arasında olan münasibətlərə də xələl gətirilib,bir sıra həkimlər narazı salınıb.
Artıq xəstəxanada işləyən əksəriyyət həkim və tibbi personal İlham Sofiyevin bu səhiyyə müəissəsinə rəhbərlik etməsinə açıq və ya gizli şəkildə narazılıq edir,onun xəstəxanada baş həkim kimi qalmasında bir başa TƏBİB rəhbərliyini günahlandırır. Məsələn,"Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"ə rəhbərlik edən baş həkim İlham Sofiyevdən TƏBİB rəhbərliyinə şikayət edən həkim Məmmədova Əfsanə Rəfil qızına verilən cavabda bildirilir:"Sizin İcbari Tibbi Sğorta üzrə Dövlət Agentliyinə ünvanladığınız elektron müraciətlərə aidiyyatı üzrə TƏBİB tərəfindən baxılmışdır.Şikayətinizə əsasən "Ağstafa rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsə göndərilən sorğuya cavab olaraq bildiririk ki,xəstəxana haqqında qeyd etdiyiniz məlumatların həqiqəti əks etdirmədiyi bildirilmişdir.
Qısası həkim Məmmədova Əfsanə Rəfil qızı Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimindən yuxarı instansiya TƏBİB-ə şikayət edir,TƏBİB isə sözü gedən xəstəxananın rəhbərindən şikayət edən həkim barədə soruşur və ona baş həkimi qane edən məktub ünvanlayır.Sizcə, bu şəkildə idarəçilik və himayəçiliklə TƏBİB qarşısına qoyulan məqsədləri doğrulda bilərmi?!
Adam baş həkimdən şikayət edir,yerində araşdırma aparmadan baş həkimə sorğu verilir və şikayətçiyə "Bildiririk ki,hər hansı hüquqpozma ilə əlaqədar yalnız təsdiqedici sənədlər təqdim edildiyi halda müraciətə hüquqi qiymət verilməsi mümkün olacaqdır" şəklində cavab verilir.
Bu xəbər üçün şərh yazın