Ağstafada gəzən şayələr rəsmən təsdiqləndi- Cavanşir Əmrahov “Aqroservis” ASC-nin Ağstafa bölməsinə müdir təyin edildi
“Aqroservis” ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsi ilə bağlı yazdığımız xəbər təsdiqləndi.Ağstafa rayon,Qırlı kənd sakini Cavanşir Əmrahov 28.01.2022-ci il tarixində “Aqroservis” ASC-nin Ağstafa bölməsinə müdir təyin edildi.
Faktinfo.az saytı onu da xatırladır ki,ötən il dekabr ayının əvvəlində rayonda dolaşan şayələr əsasında xəbər vermişdi ki, Cavanşir Əmrahov xərclədiyi 10-15 min manat müqabilində “Aqroservis” ASC-nin Ağstafa bölməsinə müdir təyin ediləcək.Kütləviləşən xəbərdən sonra Cavanşir Əmrahovun əmrinin verilməsi gecikdirilsə də,bu ilin yanvarında reallaşdırıldı.
Qeyd edək ki,Kənd təsərrüfatı mütəxəssisi olmayan,amma gübrə satışı üzrə "marketoloq" kimi ad çıxaran Cavanşir Əmrahova Aqroservis” ASC-nin Ağstafa bölməsinə müdir təyin olunmasında yetərli dəstəyi hazırda Ağstafa DAİM bölməsinin rəisi Ramiz İmanov və onun yaxın dostu “Aqroservis” ASC-nin sədr müavini Mahir Məlikovun verdiyi də yer alan məlumatlar sırasındadır.Ağstafa DAİM bölməsinin rəisi Ramiz İmanova gəlincə o,hazırda həbs həyatı yaşayan Ağstafa RİH-nin 1-ci müavini işləmiş Ramiz Tatarovun irəli çəkib himayə etdiyi kadrlardan hesab olunur.Ramiz İmanov həm də uzun illər Ağstafa RİH-də müavin işlədiyi illərdə 1000 hektarlarla torpaq üzərindən buğda "pripiska" sına rəhbərlik edib, rayona ayrılan subsidiyanın "tənzimlənməsinə" cavabdeh şəxs kimi tanınıb.
Onu da qeyd edək ki, KTN yanında “Aqroservis” ASC-nin sədri, onun müavinləri,daxili nəzarətlə bağlı müəyyən ziddiyətli məlumatlar mövcuddu.Ümumiyyətlə götürüldükdə isə KTN-nin bu qrumunun mərkəzi idarəsində çalışanların hüquqşünaslardan ibarət olması,orada qohumbazlıq,yerlibazlıq əsas götürülərək "Aqroservis" ASC-nin bölmə rəislərinə himayədarlığın mövcudluğu kimi hallar, hörmətli İnam Kərimovun özünə layiq komandasının olmamasından xəbər verir.Gübrə satışı istisna olmaqla Aqroservis” ASC-də "bacarıqsızlıq sindromu" isə,Kənd təsərrüfatı mütəxəssisi kimi ad çıxarmış, ASC-nin əvvəlki sədri Elşən Məmmədovun üzərinə qayıdılmasını mümkünləşdirir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın