Ağstafada masqalı şəxslər evə basqın etdi, qadına zor tətbiq olundu
Ağstafada masqalı şəxslər evə basqın edilib.
Faktinfo.az xəbər verir ki,Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 18-i saat 02 radələrində Ağstafa şəhərinin N.Nərimanov küçəsi ev 9-da qeydə alıb.
Belə ki, naməlum 2 maskalı şəxs Ələkbərova Sahibə Fuad qızının yaşadığı evin qapısını sındıraraq içəri daxil olub.
Onlar qadına hədə-qorxu gələrək fiziki zor tətbiq edib. Daha sonra basqınçılar S.Ələkbərovaya məxsus pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3-cü (Quldurluq) maddələri ilə cinayət işi başlanılıb.
Həmin şəxslərin axtarışları davam etdirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın