Ağstafada seçicidən Nizami Cəfərova maraqlı jest- "Seçki məsələsindən qəti narahat olma"
108 saylı Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Cəfərov seçicilərlə görüşü zamanı maraqlı anlar yaşanıb.
Belə ki,Faktinfo.az-a verilən məlumata görə, Ağstafa rayonunun Zəlimxan kəndində Nizami Cəfərov seçicilərlə görüşərkən ,bir neçə kənd ağsaqqalı tərəfindən təxminən bu cür fikrilər səsləndirilib: “Ay Nizami müəllim, neçə illərdir bizim deputatımızsan, bilirik ki, bizim su, qaz, işıq, yol və s. problemlərimizlə məşğul olmaq sənlik deyil. Bizim bir məhsuldar işləyən ağstafalı junalistimiz var, o mütəmadi olaraq həmin problemlərdən yazır, aidiyyəti yerlərə çatdırır. Ancaq sən alim kimi,ziyalı kimi bizim fəxrimizsən.Bu torpağın insanları həmişə ziyalıları ilə fəxr edib.Sənin də adın,sanın bizə bəsdi. Ona görə də seçki məsələsindən qəti narahat olma, biz hamımız onsuz da sənə səs verəcəyik”.
Nizami Cəvərov bu deyilənləri təbəssümlə qarşılayıb və sakinlərə təşəkkürünü bildirib.
Seçicilərin bu münasibətindən belə qənaətə gəlmək olar ki, digər namizədlərin kimliyindən asılı olmayaraq, Nizami Cəfərov böyük ehtimalla 108 saylı Ağstafa Seçki Dairəsindən növbəti dəfə millət vəkili seçiləcək.
Bu xəbər üçün şərh yazın