Ağstafadan prezidentin Ərazi-Təskilat məsələləri üzrə köməkçisinə müraciət olundu

Ağstafadan prezidentin Ərazi-Təskilat məsələləri üzrə köməkçisinə müraciət olundu -Mənə qarşı haqsızlıq edənlər...

Azərbaycan respublikasının prezidentinin Ərazi-təskilat məsələləri üzrə köməkçisi,şöbə müdiri Cənab Zeynal Nağdəliyevə ,Agstafa rayon İcra Hakimiyyətindən başçısı cənab Seymur Orucova,Agstafa rayon Məhkəməsinin sədri cənab Natiq Abbasova,Agstafa rayon Prokuroru cənab Anar Cəfərova,Ağstafa rayon Polis şöbəsinin rəisi cənab Vüqar Xəlilova,Ağstafa rayon Regional mədəniyyət idarəsinin rəisi cənab Nurəddin Mehdiyevə,Agstafa rayon Dağkəsəmən kənd qeydiyyatlı , hal hazırda Agstafa rayon M. Rəsulzadə küçəsində qəzalı dəmiryol yataqxanasında müvəqqəti məskunlaşmış Aygün Vidadi qızı Əyyubova tərəfindən müraciət olunub.

Faktinfo.az saytına göndərilən şikayət məktubunda deyilir:

Hörmətli cənab Zeynal müəllim. Mən dəfələrlə öz torpaq problemim ilə əlaqədar rayon icra hakimiyyətinə müraciət etmişəm. Sonuncu dəfə 4 aprel 2022- ci il tarixində  rayon icra hakimiyyətinin bəzi savadsız , qanundan anlamayan ,rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən şərləndim. Belə ki, dövlətin qanunlarını heçə sayıb öz şəxsi qərəzliliyini nümayiş etdirərək mənə saxta akt tərtib etdilər.Sonra da polis çağırıb bölməyə aparıldım. İnzibati xətalar məcəlləsinin 510-cu bəndi ilə  protokol  tərtib edildi.Adını da qoydular ki, guya ictimai asayişi pozurmuşam. Guya çəkiliş edirmişəm. Orada nə baş verirdi ki, çəkilişdən çəkinirdilər. Əslində  icra hakimiyyətində hər yerdə müşahidə kameraları var.

Amma onların şər böhtanı öz əksini tapmadığı üçün məhkəmə qərarla bağlı protokolu ləğ etdi. 

Əslində həmin günü vətəndaşlar rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən incidilir, onlarla  kobud rəftar edilirdi.Mənim də ictimai fəal olduğumu bildikləri üçün çəkindilər ki, birdən çəkiliş edib ictimailəşdirərəm. Elə bu səbəbdən məni oradan uzaqlaşdırdılar.Tək günahım haqsızlıqlar olduqda susmamağım və öz hüquqlarımı bilməyimdir.Lakin öz vəzifələrindən sui istifadə edən və mənə qarşı saxta aktı tərtib edən Ağstafa rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Qayıb Hadıyev və onun əlaltıları nəyə görəsə hələ də cəzalandırılmayıb . 

Nəzərinizə catdırım kı, Qayıb Hadıyev Ukraynada özəl universitet oxuyub sonra necə olubsa dövlət qulluqçusu alaraq icra hakimiyyətində vəzifə sahibi olub. Xahiş edirəm araşdırılsın.Qayıb Hadıyevin özünü toxunulmaz hesab edərək Azərbaycan dəmir yolları QSC- nin Sabiq sədri Cavid Qurbanovun qohumu olduğunu və ona kimsənin gücü catmayacağını deməsi qanuna zidd hərəkətdir.Cənab prezidentin bu məsələlərdən xəbərdar olsa heç də , ürəkaçan hal olmayacağına əminəm.

Bu azmış kimi 44 günlük vətən müharibsində İcra hakimiyyətnin 6 nəfər əməkdaşlarına müharibəyə çağırış vərəqəsi gəlsə də, onlardan cəmi 1 nəfəri müharibədə iştirak edib. Cağırısdan yayınanların içərisində Ağstafa rayon hüquq şöbəsinin müdiri Qayıb Hadıyev də var. Maraqlıdır ki, Qayıb Hadıyevin çağırışdan yayınma səbəbi nədir. Doğurdanmı məmur qohumları ona bu qədər dayaq olur. Necə olur ki, çağırışdan yayınan şəxs icra hakimiyyətində vəzifə başında olur.İcra hakimiyyətndən maraqlandığım suala belə cavab verdilər ki, guya yaşı çox imiş.O təhsilli olduğundan zabit kimi iştirak edə bildiyi halda nədənsə iştirak etməyərək icra hakimiyyətində fəaliyyətini davam etdirdi.Bu qədər rahat olmasna səbəb kimdir. Xahiş edirəm araşdırılsın. 

Hörmətli Zeynal müəllim !

Bilirik ki, siz cənab prezidentin yanında olan bir məmur kimi həmişə sadə vətəndaşların problemlərinə biganə qalmırsınız.Odur ki, mən inanıram ki, mənə qarşı olunan bu haqsızlıqlar barədə o, cümlədən mənim torpağımla bağlı problemimin həllində tədbirlər görülməsinə köməklik üçün tapşırıq verəcəksiniz.Nəzərinizə catdırım ki , mən 02.10.2022 -cu  il tarixində Bakı şəhərində Prezident Administrasiyasında onlayn qəbulunuzda olmuşam. Siz telefon vasitəsilə zəng edərək Ağstafa RİH-in başçısı cənab Seymur Orucova məni qəbul edib kömək etməsini tapşırdınız.Seymur Orucov məni qəbul etdi ,lakin hələ də problemim həllini tapmayıb, nə də mənə qarşı haqsızlıqlar edən icra hakimiyyətinin əməkdaşları  haqqında tədbir görülməyib.Bu azmış kimi hələ də, mənə qarşı problem yaratmağa çalışırlar.

Belə ki, Zəfər bayramı münasibəti ilə Ağstafa rayon Mədəniyyət evində bayram tədbiri keçirilmişdir. Mən o tədbirdə böyük fərəhlə , bayram tədbirini canlı yayımla öz Facebook səhifəmdə işığlandırdım. Bunu məndən Mədəniyyət evinin direktoru xahiş etmişdi.Ora da heç bir qanuna zidd hərəkətlərə yol verilmədən tədbiri xoş niyyətlə öz Aygün Eyyubova adlı Facebook səhifəmdə paylaşdım.Lakin saxta aktda iştirak edən rayon icra hakimiyyətinin əməkdaşlarından olan Vüqar Həsənov qəsdən mənə çəkilişi dayandırmağı bildirdi.Səbəb olaraq onu göstərir ki, guya kadra düşürmüşəm. Orada olan hər kəs öz mobil telefonu vasitəsilə tədbiri kadra aldığı halda bu  əməkdaşın qərəzli mövqe tutması açıq aydın görünür. Hətta Ağstafa rayon icra hakimiyyətinin başçısı belə tədbirdən xoşu gələn hissəsini öz mobil telefonu ilə qeydə almasının şahidi olduq. Burada heç bir qəbahət olmadığı halda mənlə qərəzli davranmaları , rayon tədbirləri olduqda məni alçalmaq üçün dəfələrlə əyləşdiyim yerdən məni qəsdən qaldırmaq istəmələri mənim əsəbimi pozur.Qəsdən belə bir vəziyyət yaradırlar ki , mən əsəbləşib səsimi ucaldıldım. Mən də insanam.Mənim də, səbrimin həddi var. Psixoloji sarsıntı keçirdə bilərəm. 

Odur ki ,mən məcbur olub siz başda olmaqla rayonun hüquq mühafizə orqanlarına müraciət edirəm ki, belə bir halların təkrar olmaması üçün indidən qanunla tədbir görsünlər. Mən müxalifətçi deyiləm. Hər yerdə mənimlə düşmən kimi davranırlar.Hətta rayon icra hakimiyyətinin Facebook səhifəsində belə məni əngəlləyiblər. Səbəb olaraq mən orada haqlı olaraq mənfi rəy bildirmişdim. Əgər onlar doğrudan da qanuna müvaffiq işləyirlərsə,  hesab edirlərsə ki, dövlətin qulluğunda dururlar onda rəy bölməsində yazılan mənfi rəyləri də qəbullanmalıdırlar. 

Ulu öndər Heydər Əliyevin adını daşıyan bir mərkəzin 12 il iş təcrübəsi olan və YAP-ın üzvü olan bir xanımı bir cinayətkar kimi polis bölməsinə aparmaq utancverici haldır. Bütün bunlar mənə çox pis təsir etdi. Səhhətimdə problem yarandı. Bununla bağlı müalicə aldım. Mənə qarşı bu problemi yaradanlar ən azından üzr belə istəmədilər.Yenə də,  problem yaratmaqda davam edirlər. Rayon icra hakimiyyətinin əməkdaşlarının bəziləri vətəndaşlarla sanki ağa və qul kimi davranılar.Keflərinə uyğun hərəkət edirlər.Tədbirlər olduqda kobudluq edərək istədiyi vətəndaşları yerlərindən qaldırıb istədikləri kimi davranmağa çalışırlar.İnanın ki,mən bütün bunların günahkarı məhs Seymur Orucov olduğunu qətiyyən hesab etmirə.

Ümumiyyətlə,Ağstafa rayon icra hakimiyyəti əməkdaşlarının əvvəllər də kobud rəftarları mövcud idi. Toplananların yeri dəyişdikdə cəm dəyişmir.Görünür ki, cəmi də dəyişmək lazım imiş.Başçı gəncdir,humanistdir, yetərincə bu rayonun abu -havasına bələd deyil.Yerli məmurlar da,başçının səmimiyyətindən istifadə edərək onunla vətəndaşları üz-üzə qoyur.Seymur Orucov  tapşırıqlar verir ki, vətəndaşların problemləri həll olunsun , ancaq yerli məmurlar başçının sözlərinə məhəl qoymur.Odur ki, sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim problemimlə ciddi məşğul olmaları habelə mənə qarşı haqsızlıqlar edən icra hakimiyyəti əməkdaşlarının qanunauyğun qaydada cəzalandırılmaları üçün ciddi tapşırıqlar verəsiniz. 

Mən gələcəyin əsgərinin anasıyam, ancaq bu ölkənin gələcək əsgərinin torpaqla bağlı problemi həll olunmur.Üstəlik gələcək əsgər anası savadsız məmurlar tərəfindən incidilir.

Xahiş edirəm mənə köməklik edəsiniz. 

Öncədən təşəkkür edirəm.

Qeyd edək ki,Faktinfo.az az saytı tərəfindən qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə elektron qaydada Ağstafa rayon İcra Hakimiyyətinə müraciət edilib,sorğuya cavab alınmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi