Aİ -92 markalı benzinə tətbiq olunan gömrük rüsumunun 3 aylıq ləğvinin səbəbi bəlli oldu

Aİ -92 markalı benzinə tətbiq olunan gömrük rüsumunun 3 aylıq ləğvinin səbəbi bəlli oldu -Daha təmiz yanacaq istehsal olunacaq

Ekoloji tarazlığın qorunması səbəbilə daha keyfiyyətli benzin istehsal olunacaq.

Faktinfo.az  SOCAR-dakı mənbəsinə istinadən xəbər verir ki, Aİ- 92 benzinin idxalına  tətbiq olunan gömrük rüsumunun 3 aylıq ləğvi  Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğunun  tikintisi ilə bağlıdır.Yeni qurğunun tikintisində isə  məqsəd odur ki,yüksək keyfiyyətli,avropa standartlarına cavab verən benzin və dizel yanacağı alınsın.Hazırkı şəraitdə  istehsal olunan  Aİ 92 və dizel yanacağının tərkibində kükürdün miqdarı həddən ziyadə çoxdur.Belə vəziyyət isə ekoloji tarazlığın pozulmasına şərait yaradır,atmosferdə yanacağın sorulmasını çətinləşdirir, müəyyən xəstəliklərə yol açır.  Buna görə də benzin müvəqqəti  müəyyən həcmdə xaricdən idxal olunacaq.

Qeyd edək ki,Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilib.Müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər