“Ailə ansambılına” çevrilən Mərkəzi Elmi Kitabxana – Həkim, xaloğlu, bacıoğlu, kürəkən, rəfiqə və s...
AMEA-nın prezidenti Akif Əlizadə qeyri peşəkarların yığnağına çevrilən Mərkəzi Elmi Kitabxanada olan nadir və qiymətli kitabların, həmçinin elmi vəsaitlərin aqibəti ilə kim məşğul olmalıdır? - sualına cavab axtarılmalıdır.
Mərkəzi Elmi Kitabxanada direktorun müavinləri və aparıcı şöbənin müdirləri qohum, qardaş, rəfiqələrdən təşkil olunub.
Bu barədə PİA.az-ın elektron poçtuna daxil olan məlumatda bildirilir. Belə ki, saytımıza daxil olan məlumatda bildirilir ki, Mərkəzi elmi Kitabxanaya ixtisasca həkim olan Leyla İmanova rəhbərlik edir. Leyla xanım həmçinin AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun həyat yoldaşıdır.
Məlumatda qeyd olunur ki, Leyla İmanova Mərkəzi Elmi Kitabxanaya direktor təyin olunduqdan sonra kitabxana kollektivi təəccüb doğuran hadisələrlə rastlaşıb. Qeyri ixtisas sahibləri kitabxanada mühüm vəzifələrə yerləşdirilib. Xanım direktor qardaşının kürəkəni, həm də həyat yoldaşı Nazim İmanovun bacısı oğlu Məmmədov Ruzi Məharət oğlunu Yüksək Texnologiyalar və Layihələr üzrə, Ruzi Məmmədovun dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə, bibisi oğlu Əliyev İbad Barat oğlunu Təsərrüfat İşləri üzrə direktor müavinləri təyin edib. Xalası oğlu Quliyev Elman Rəqəmsallaşma, rəfiqəsi Səfərova Aygünü isə kitabxana xidməti şöbələrinə müdir təyin edib.
“Ailə ansambılına” çevrilən kitabxanada onlarla digər mütəxəsis kadırlar qeyri-peşəkarlarla əvəzlənib. Belə vəziyyəti, o cümlədən kitabxanada baş alıb gedən narazılıqları isə AMEA-nın prezidenti Akif Əlizadə görmək istəmir, hər hansı tədbir də indiyə qədər görməyib. Belə olan təqdirdə, Kitabxanada olan nadir və qiymətli kitabların, həmçinin elmi vəsaitlərin aqibəti ilə kim məşğul olmalıdır? - sualına cavab axtarılmalıdır.
Kitabxana kollektivi üçün heyrət yaradan odur ki, kitabxana işindən məlumatsız olan Leyla İmanova və yuxarıda adını sadaladığımız çevrəsi həm də idarə heyətinin üzvləri olaraq, bu işləri necə həyata keçirilməsini bilmirlər.
Xatırladaq ki, bir neçə gün əvvəl bəzi saytlarda “AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olub - Kitabxanadan 160 kompüter aparılıb” başlığı altında xəbər yayımlanmışdı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
Bu xəbər üçün şərh yazın