Akif Çovdarovdan sensasion açıqlamalar:Tağı Əhmədovun sərvətinin, əmlakının, milyonlarının şok siyahısı

Akif Çovdarovdan sensasion açıqlamalar:Tağı Əhmədovun sərvətinin, əmlakının, milyonlarının şok siyahısı 

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Kamandar Nəsibovun APA-ya verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə Akif Çovdarov zərərçəkmiş şəxslərdən Bakı Metropoliteni QSC-nin keçmiş sədri Tağı Əhmədov epizodu üzrə ifadə verib. O bildirib ki, T. Əhmədovun fəaliyyətinin yoxlanılması zamanı mənimsəmə faktı üzə çıxıb və bununla bağlı rəhbərliyə məruzə ediblər: “Müəyyən olundu ki, metrolarda olan mağazalardan yığılan vergilər tam göstərilməyib. Müəyyən edildi ki, Tağı Əhmədov tərəfindən Dubayda çoxlu obyektlər alınıb, 58 milyondan çox pul ölkədən çıxarılıb, Azərbaycanda bir neçə bahalı obyekti və bank hesabında 30 milyondan çox pulu var. Mən Tağı Əhmədovdan pul alıb, işi bağlamaq səlahiyyətində deyildim. Mən kim idim ki, pul alıb onunla bağlı olan araşdırmanı saxlayım?”

Daha sonra iclasda təqsirləndirilən şəxslər - Səlim Məmmədov və Akif Əliyev həmin epizod üzrə ifadə veriblər. Proses iyulun 17-də davam edəcək.

Faktinfo.az
 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər