Akşener qondarma soyqırımla bağlı Ərdoğana müraciət etdi:"Yanınızdayıq"

Akşener qondarma soyqırımla bağlı Ərdoğana müraciət etdi:"Yanınızdayıq" 

Türkiyənin müxalif İYİ partiyasının lideri Meral Akşener Prezident Ərdoğana müraciət edib.

Faktinfo.az Strateq.az-a istinadən  xəbər verir ki, o, hər il aprelin 24-də dünyanın bəzi ölkələrində qeyd edilən qondarma erməni soyqırımına toxunub.

Bildirib ki, bu olayla Türkiyəni bütün məsələlərdə qaralamağa çalışanlar var.

Akşener bu iddianın tamamilə saxta və əsassız olduğunu vurğulayıb: “Tarix bütün həqiqətləri ilə ortadadır. Soyqırım iddiaları iftiradır. İqtidarın bu məsələdəki duruşunu dəstəkləyirik. Yanınızdayıq”.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi