Alimlərin torpaq davası – Hakim ekspertizaya dair qərar qəbul edib

Alimlərin torpaq davası – Hakim ekspertizaya dair qərar qəbul edib 

Məşhur “91-lər”dən olan Heydər Hüseynov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq rektoru Yusif Məmmədov arasında məhkəmə predmeti olan torpaq davası böyüyür.

Faktinfo.az xəbər verir ki,  Yasamal rayon Məhkəməsinin hakimi Toğrul Axundov  Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Heydər Hüseynovun adına torpağın olub-olmamasını araşdırmaq məqsədi ilə işin ekspertizaya göndərilməsi barədə qərar qəbul edib.

Məlumat üçün qeyd edək ki, H. Hüseynov sabiq rektora satdığı 6 sot torpağın muqabilində ondan cəmi 4 min dollar aldığını , yerdə qalan 8 min dolları isə hələ də ala bilmədiyini mətbuat vastəsilə ictimailəşdirib.

O vurğulayıb ki, sabiq rektor Yusif Məmmədov universitetə rəhbərlik etdiyi dövrdə dövlət əmlakını şəxsi məqsədlər üçün talayıb. Bağ evi tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrini müəllimlərə təzyiq edərək ələ keçirib ,digər bir çox qanunsuz əməllərə imza atıb.

Bu iddiaları qəbul etməyən Y.Məmmədov isə H.Hüseynovun fikirlərini şər-böhtan adlandırıb,onu  məhkəməyə verib.

http://www.faktinfo.az/news/torpaq-davasi-mesur-91-ler-den-olan-heyder-huseynov-mehkemeye-verildi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər