Almaniya nəhəng istirahət gəmisini istifadəyə verdi

Almaniya nəhəng istirahət gəmisini istifadəyə verdi 

Almaniya “AIDAnova” adlı nəhəng kruiz gəmisini istifadəyə verib.

 “AIDAnova” LNG yanacağından istifadə edəcək olan ilk kruiz gəmisidir.

Almaniya daha 6 belə gəmi istehsal etməyi planlaşdırır.

Gəminin 1 həftəlik tətil üçün istifadə ediləcəyi planlaşdırılır və Portuqaliyanın Madeyra bölgəsi ilə Kanar adaları, Lanzarote və Fuerteventura kimi lüks tətil adaları arasında xidmət edəcək.

1500 nəfərlik heyətə malik olan gəminin ümumi çəkisi 183 min 900 tondur və 5200 sərnişin daşıya bilir. Gəmidə 2600 kabinet var. Bu kabinetlərdən ən böyüyü 53 kvadrat metrdir. Bundan başqa gəmidə iki mərtəbə arasında yerləşən və 3545 kvadrat metr olan dəniz mənzərəli lüks spa salonu var. Həmçinin “AIDAnova” kruizində 5 müxtəlif sauna, xüsusi və günəşli, 3 jakuzili 80 spa salonu da var.

Almaniya nəhəng istirahət gəmisini istifadəyə verdiAlmaniya nəhəng istirahət gəmisini istifadəyə verdiAlmaniya nəhəng istirahət gəmisini istifadəyə verdi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər