AMEA-da daha bir möcüzə: Bir nəfər 6 vəzifə tutur - Siyahı
AMEA-da baş verən hadisələr, qurumun prezidenti Ramiz Mehdiyevin istefası tələb olunduğu bir vaxtda Akademiya haqda daha bir maraqlı fakt ortaya çıxıb.
Faktinfo.az xəbər verir ki,Yeni Sabah.az-ın yazdığı məlumata görə,əvvəllər Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Rəsmi yazışmalara nəzarət şöbəsində işləmiş Məlikov Ələddin Mehman oğlu hazırda AMEA-da 6 vəzifə tutur:
1. AMEA prezidenti Ramiz Mehdiyevin köməkçisi
2. Rəyasət Heyətində təhsil şöbəsinin müdiri
3. Şərqşünaslıq İnstitutunda böyük elmi işçi
4. Elm-Tarixi institutunda baş elmi işçi
5. Fəlsəfə və Sosiologiya İnstitutunda aparıcı elmi işçi
6. Akademiyanın tabeliyində olan Virtual Elektron Fəaliyyət Cəmiyyətinin rəhbəri
Ə. Məlikov barədə digər xəbərdə bildirilir ki, o İran meyilli dindar şəxs kimi tanınır. Belə ki, İİR-nin Ümumdünya İslam Elmləri Akademiyasının Dinşünaslıq fakültəsində bakalavr, Mofid Universitetində magistr və doktorantura pillələri üzrə (ümumilikdə 2001-2013-cü illərdə ixtisası din fəlsəfəsidir) dini təhsil alıb. Eyni zamanda Ə.Məlikov Tərbiyət Müdərris Universitetində fəlsəfə ixtisası üzrə elmi işini müdafiə edib. O, 2009-2013-cü illərdə AR-in İİR-dəki səfirliyində tərcüməçi vəzifəsində çalışıb.
Xəbərdə qeyd olunur ki, Ə.Məlikovun İİR ilə geniş əlaqələri mövcuddur və kitablarının əksəriyyəti orada çap olunur.
Bundan əlavə, Ə.Məlikov İİR Prezidenti adından müxtəlif mükafatlara layiq görülüb. Onun AMEA sisteminə düşməsi çox təəcüblüdür və inanırıq ki, aidiyyəti dövlət orqanları bu məsələ ilə məşğul olacaq.
Bu xəbər üçün şərh yazın