AMEA-da ev davası: 20 alimdən evi alıb, başqalarına verdilər

AMEA-da ev davası: 20 alimdən evi alıb, başqalarına verdilər 

AMEA-nın İqtisadiyyat İnstitutunun alimi, fəlsəfə doktoru Kəmalə Dadaşova Akademiyanın əməkdaşları üçün nəzərdə tutulan binadan mənzillərin verilməsi zamanı keçirilən püşkatmada onun adına çıxan mənzilin əlindən alınmasına görə ciddi narazılıq edib.

Alim sosial şəbəkədə püşkəatma ilə ona qismət olan evin əlindən alındığını və Fəlsəfə İnstitutunun Sənan adlı əməkdaşına verildiyini bildirib. Alim yaydığı videoda bu ədalətsizliyin aradan qaldırılması üçün ölkə rəhbərliyinə də müraciət edib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev Kəmalə Dadaşovanın adı çıxan püşkatmanın ləğv olunduğunu deyib:

“Kəmalə xanım doğru deyir, açarları Sənan bəyə təhvil vermişik. Bunun da səbəbi keçirilən püşkatmanın nəticəsinin ləğv olunmasıdır. Püşkatma ona görə keçirilir ki, işçilərin münasibəti bilinsin. Sonra komissiya nəticəyə baxıb, qərar versin. Məsələyə baxılandan sonra hələ iş komissiyası hazırlanmamış yuxarı orqanlara çox şikayətlər daxil oldu. Yarımştatla işləyənlər alıb, tam ştatda olanların kənarda qalması, həmçinin elmi dərəcəsi olan və olmayanlar və s. bu kimi digər məsələlərlə bağlı şikayətlər səsləndi. Bundan sonra komissiyanın tərkibində də dəyişikliklər oldu. Tərkib daha da gücləndirildi, məsələyə yenidən baxıldı. Əvvəlki püşkatmanın nəticələri ləğv olundu və mənzillər yeni adamlara verildi. Yəni əvvəlki püşkatmada adları çıxanlara mənzil verilməsi barədə heç bir qərar qəbul olunmayıb. Həmin siyahıda müəyyənləşən tək Kəmalə xanımın deyil, hardasa 20-dən çox adamın adı dəyişdirildi”.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinə mənzil sahəsi ayrılması nəzərdə tutulub. Sözügedən mənzillər ötən ay sahiblərinə verilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi