AMEA Gəncə Bölməsidə 2022-ci ilin hesabat yığıncağı keçirilib

AMEA Gəncə Bölməsidə 2022-ci ilin hesabat yığıncağı keçirilib 

AMEA Gəncə Bölməsində bu elm ocağının 2022-ci ildəki fəaliyyəti, onun tədqiqat, nəşr və təşkilati sahələr üzrə illik hesabatı müzakirə olunub.

 Hesabat yığıncağında giriş sözü lə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  2022-ci il ərzində respublikanın ikinci şəhərinin başlıca elm ocağının tərkibində fəaliyyət göstərmiş bütün təsisatların - Bioresurslar,  Ekologiya və Təbii Ehtiyatlar, Aqrar Problemlər, Humanitar Tədqiqatlar , Diyarşünaslıq İnstitutlarının,  Nizami  Gəncəvi Mərkəzinin və Nəbatat Bağının illik hesabatlarının bir müddət əvvəl, ayrı-ayrılıqda dinlənildiyini və qəbul olunduğunu diqqətə çatdırıb. O, hazırki toplantının yola saldığımız il ərzində  AMEA Gəncə Bölməsində, ümumi konseptual baxımdan, qarşıda qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsinin  yekunlarına, həmçinin qarşıdakı perspektivlərə həsr olunduğunu diqqətə çatdırıb.

   Hesabat xarakterli çıxışlar da məhz bu müddəalar  üzərində qurulub.  Məruzələr və müzakirələr zamanı qeyd olunub ki, fəaliyyətini ölkəmizin ümumi inkişaf strategiyası üzrə mühüm dövlət sənədlərinin tələblərinə müvafiq qurmuş AMEA Gəncə Bölməsində hər zaman olduğu kimi, hesabat ilində də aktual elmi-texniki, iqtisadi, ekoloji məsələlərin həllinə, eləcə də  humanitar-istimai mövzuların tədqiqi ilə  mənəvi dünyamızın tərəqqisinə xidmət edən əhəmiyyətli işlər aparılıb.

   Bu baxımdan, qeyd olunub ki, hesabat ilində elmin müxtəlif istiqamətləri üzrə  24  iş və 43 mərhələ tamamlanmış, 1 patent və 8  mühüm nəticə alınmışdır. Gəncə Bölməsinin əməkdaşları tərəfindən 3 kitab, 3 monoqrafiya, 1 dərslik, 32-i xaricdə olmaqla 111 məqalə, 23-ü xaricdə olmaqla 93 tezis  dərc edilmişdir.

   Bölmə əməkdaşlarının əsərlərinə beynəlxalq elmi bazalarda 18 dəfə istinad edilmişdir.

 2022-ci ildə AMEA Gəncə Bölməsi tərəfindən keçirilmiş respublika elmi-praktik konfranslarının və digər tədbirlərin əhəmiyyəti də yüksək qiymətləndirilib.

   Belə ki, yola salınan il ərzində AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə baş tutan Xocalı soyqırımının 30 illiyinə dair elmi-praktik konfrans, 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə yığıncaq, 27 Mart Elm Günüə həsr olunan elmi-praktik konfrans,  “Şuşa İli” münasibəti ilə keçirilən “Qarabağ mədəni irsi yeni müstəvidə” respublika elmi-praktik konfransı, Aqrosənaye tullantılarınınnın təkrar emalı məsələləri haqda respublika elmi-praktik konfransı, Akademik Əli Quliyevin anandan olmasının 110 illiyinə həsr olunan elmi-praktik konfrans, “İstiqlal şairi Əhməd Cavad – 130” adlı respublika elmi-praktik konfransı, “Gəncə Üsyanı azadlıq bayraqdarıdır” adlı respublika  elmi-praktik konfransı, eləcə də akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildlik kitabının təqdimatı, AMEA Həmkarlar Təşkilatı rəhbərliyinin iştirakı ilə Gəncə Bölməsinin Həmkarlar Təşkilatının hesabat yığıncağı, Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği məsələləri üzrə konsepsiyanın müzakirə edilməsi üzrə  toplantı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və qarşıdakı “Heydər Əliyev İli” münasibətilə verilən  təkliflərin müzakirə olunmasına dair yığıncaq,  Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa və digər tədbirlər AMEA Gəncə Bölməsinin yüksək elmi və təşkilati kefiyyətlərini bir daha nümayiş etdirib.

   Qeyd olunmalıdır ki, yığıcağın gedişində həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda  təşkil edilən “Müasir şəraitdə rəqəmsal iqtisadiyyat sektorunun formalaşdırılması və idarə edilməsi” mövzusundakı konfrans ilə onlayn bağlantı da həyata keçirilib. Konfransa qatılan AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli  iştirakçıları salamlayaraq, onlara öz işlərində uğurlar arzulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi