AMEA Rəyasət Heyətinin üzvlüyündən daha bir alim azad edilə bilər

AMEA Rəyasət Heyətinin üzvlüyündən daha bir alim azad edilə bilər 

Daha bir tanınmış alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad edilə bilər.

Faktinfo.az əldə etdiyi məlumata əsasən bildirir ki,AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Gəncə bölməsinin rəhbəri,kimya elmləri doktoru,akademik Fuad Əliyev də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad edilə bilər.


Qeyd edək ki,kadr hazırlığına, elmi əsərlərinə, beynəlxalq aləmdə çap olunan əsərlərinin ümumi sayına və sanbalına görə,Fuad Əliyev görkəmli alim hesab edilir.


Xatırladaq ki,bir müddət əvvəl Akademiklər Adil Qəribov və Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad olunublar.

 Faktinfo.az






Birinci məlumatlanmaq üçün facebook səhifəmizi