Amerikalı professordan "Təhsildə İnnovasiyalar" adlı açıq dərs

Amerikalı professordan "Təhsildə İnnovasiyalar" adlı açıq dərs 

Qərbi Kaspi Universitetinin müəllimi, Amerikalı professor Sandy Daubenmire təhsildə müasir yeniliklər barəsində mühazirə ilə çıxış edib.

Universitetdən Faktinfo.az-a verilən məlumata görə,professor öz tədqiqat nəticələri və beynəlxalq təcrübə ilə bağlı nümunələri diqqətə çatdırıb.

Professor Daubenmire mühazirəsində müxtəlif milli və beynəlxalq çağırışlara cavab verən və XXI əsrdə təhsil sahəsində artmaqda olan yeniliklər barəsində ətraflı məlumat verib. Natiq təhsil sahəsində son yenilikləri saxlamaq şərtilə qloballaşan dünyada ənənəvi müəllim və bilikyönümlü yanaşma üsulundan bir qədər uzaq olan, uğurlu karyera imkanlarının inkişafında mühüm rol oynayan yaradıcılq, tənqidi düşünmə, problemi həll etmə və əməkdaşlıq kimi bacarıqların əhəmiyyətini vurğulayıb. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, mühazirəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Amerikalı professordan "Təhsildə İnnovasiyalar" adlı açıq dərsAmerikalı professordan "Təhsildə İnnovasiyalar" adlı açıq dərs
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi