ANKA-3 ilk uçuşunu həyata keçirdi
Türkiyənin yeni hücum pilotsuz uçuş aparatı (PUA) ANKA-3 ilk uçuşunu uğurla həyata keçirib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" səhifəsində bildirib.
"İnşallah, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək", - Türkiyə lideri qeyd edib.
Qeyd edək ki, dronun maksimal uçuş hündürlüyü 12 km, havada qalma müddəti 10 saat, faydalı yükü 1200 kq, maksimal sürəti 800 km/saat-dır./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın