Aqil Nəzərli xalqın cibinə girir -

Aqil Nəzərli xalqın cibinə girir - İcra başçısının tükənməyən KORRUPSİYA ƏMƏLLƏRİ

Korrupsiya əməllərinə davam edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin adı uzun müddət idi ölkə mətbuatının gündəmindən düşmürdü.

İcra başçısı hər il dövlətin yüzminlərlə vəsaitini rahat şəkildə mənimsəyir.

Yenicag.az xəbər verir ki, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun “xeyir-dua”sı ilə icra başçısı təyin edilən Aqil Nəzərli rayonu özünün şəxsi obyektinə çevirib.

Laçın rayonundan verilən məlumata görə, Aqil Nəzərlidən başqa rayonun daha iki icra başçısı var. Bunlar Aqil Nəzərlinin atası Ağaxan Nəzərli və qardaşı Müqabil Nəzərlidir. Rayon sakinlərindən kimsə icra başçısı ilə yuxarılara şikayət yazarsa, onun qarşısına ya Müqabil, ya da Ağaxan Nəzərli çıxır.

Son aylar Müqabil Nəzərli qardaşının müdafiəsinə Qarabağ döyüşlərində iştirak edən bəzi qaziləri də qoşub.

Verilən məlumata görə, Aqil Nəzərli köhnə sələflərindən daha ciddi korrupsiya sistemi yaradaraq hər il dövlətin yüzminlərlə vəsaitini rahat şəkildə mənimsəyir. Laçın İcra Hakimiyyətinin əsas korrupsiyası dövlət tərəfindən əkin sahələrinə verilən subsidiya yardımından, dövlət büdcəsindən çalışan işçilərdən hər ay yığılan “Xeyriyə Fonduna” keçirilən vəsait və dövlət tərəfindən Qayğı qəsəbəsinin təmiri üçün hər il ayrılan külli miqdarda vəsaitlərin xərclənməsindəndir.

Məlumatda bildirilir ki, Laçın rayonuna əkin sahələri üçün dövlət tərəfindən ayrılmış subsidiyanın böyük bir hissəsi icra başçısına çatır. Belə ki, rayonda subsidiyalarla bağlı siyahıyaalınma və sənədləşmələri rayon icra başçısının yerli nümayəndləri tərtib edir. Tərtib edilən siyahıyaalınmada isə bir çox torpaq sahələrindəki əkinin təyinatı icra nümayəndələri tərəfindən dəyişdirilir. İcra nümayəndələri təərfindən təyinatı dəyişdirilən torpaq sahəsinə ayrılan subsidiyanın yarı hissəsi icra başçısına çatır.

Bundan başqa rayonda böyük torpaq sahələri olan fermerlərə verilən subsidiyanın bir hissəsi Aqil Nəzərliyə verilir. Hər il Laçın rayonunda ümumilikdə 3 min hektardan çox torpaq sahəsi əkilir və bu Aqil Nəzərlinin cibinə ildə 150 min manata yaxın vəsaitin girməsi deməkdir.

Laçın rayon idarə və müəssisələrində işləyən bütün fəhlələrin hər ay əmək haqqından məcburi olaraq 1% Laçın rayon “Xeyriyyə Fondu”nun bank hesabına ödənilir. Həmin vəsait isə heç bir zaman təyinatı üzrə istifadə edilmir və mütəmadi olaraq Aqil Nəzərlinin yaxın adamlarının adlarına 30, 500, 1000 manat yazılaraq hesabdan pullar çıxarılır.

Hər il dövlət büdcəsindən Laçın rayon İcra Hakimiyyətinə rayonun Qayğı qəsəbəsində təmir və tikinti işləri üçün külli miqdarda vəsait ayrılır. Ayrılan vəsaitin demək olar 80 faizi birbaşa Aqil Nəzərliyə çatır. İcra başçısı təmir və tikinti işlərini büdcə təşkilatlarının boynuna “yükləmək”lə ayrılan vəsaiti çox rahatçılıqla mənimsəyir.

Laçında rayon sakinləri başçı ilə bağlı Prezident Adminstrasiyasına hansısa bir şikayət ünvanlayan kimi Ağaxan Nəzərovla Müqabil Nəzərli minnətçi düşürlər. Hətta Müqabil Nəzərli ətrafına yığdığı bəzi qazilərlə həmin şikayətçilərə hədə-qorxu gəlməkdən belə çəkinmir.

Qeyd edək ki, Laçın rayonunda idarə və müəsissə rəhbərləri ilə icra başçısı Aqil Nəzərli arasındakı maliyə “əməliyyat”ları Müqabil Nəzərli vasitəsi ilə həyata keçirilir./www.yenicag.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər