Aqiyə Naxçıvanlı iki kənddə seçiciləri ilə görüşdü

Aqiyə Naxçıvanlı iki kənddə seçiciləri ilə görüşdü 

Yanvar ayının 27-də 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun ən ucqar kəndlərindən olan Filfilli və Xaçmaz kəndlərində seçicilərlə görüşüb.

Faktinfo.az-a namizədin seçki qərargahından verilən məlumata görə,yüksək səviyyədə keçən görüş zamanı deputatlığa namizədin vəkilləri çıxış edərək ölkədə gedən quruculuq işlərindən, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan danışıblar. Aqiyə Naxçıvanlı namizədi olduğu Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat veriblər.

Xaçmaz kəndındə seçicilər Aqiyə xanımı böyük coşqu və izdihamla qarşılayıblar. Səmimi şəraitdə keçən görüşdə kənd sakinləri Elza Gülməmmədova, Elçin Hacıyev, Arif İsayev, İbrahim Qocayev, Filfilli kəndindən seçicilər -Füzuli Tağıyev, İlkin Ağayev, İlqar Məmmədov və başqaları Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Onlar deputatlığa namizəd Aqiyə Naxçıvanlıya dəstək ifadə ediblər.

Onun bundan əvvəlki deputatlığı dövründə Milli Məclis tribunasından Filfilli və Xaçmaz kəndilərinin problemlərini dəfələrlə səsləndirdiyinə və həllində onlara etdiyi köməkliklərə görə seçicilər Aqiyə xanıma minnətdarlıqlarını bildiriblər.

Sonda Aqiyə Naxçıvanlı seçiciləri dinləyib, onların problemləri ilə maraqlanıb və daha güclü Azərbaycan naminə fevralın 9-da keçiriləcək seçkilərdə seçicilərini  fəal olmağa çağırıb.

Aqiyə Naxçıvanlı iki kənddə seçiciləri ilə görüşdüAqiyə Naxçıvanlı iki kənddə seçiciləri ilə görüşdüAqiyə Naxçıvanlı iki kənddə seçiciləri ilə görüşdüAqiyə Naxçıvanlı iki kənddə seçiciləri ilə görüşdüAqiyə Naxçıvanlı iki kənddə seçiciləri ilə görüşdüAqiyə Naxçıvanlı iki kənddə seçiciləri ilə görüşdü
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi