Aqrar sahənin modernləşməsi və rəqabət qabiliyyətliliyinin təmin olunması problemləri - Ona yeni elmi-nəzəri baxış
Son 10 ilin tendensiyası göstərir ki, dünyada baş verən böhran vəziyyəti ilə bağlı Respublikamızda, onun büdcəsində sıxıntılar yaranan zaman qeyri-neft sektorunun inkişafı məsələsi qabardılır.Bundan sonra yollar axtarılır,müəyyən mülahizələr ortaya atılır. Təsadüfi deyil ki, hələ illər öncə qeyri-neft sektoru ilə bağlı bir sıra sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafına dair proqramlar ortaya qoyulub, kitablar yazılıb.
Bu mənada ərsəyə gələn ən samballı əsərlərindən biri iqtisad elmləri doktoru, professor İsa Alıyevlə iqtisad üzrə fəlsəfə doktoru İlkin Soltanlının birgə qələmə aldığı “Aqrar sahənin modernləşdirilməsi və rəqabət qabiliyyətliliyinin təmin olunması problemləri” adlı kitabdır.
Qeyd edək ki, uzun illər AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində çalışmış, hazırda isə həmin institutun şöbə müdiri, eyni zamanda, AMEA Azad Həmkarlar İttifaqının sədri kimi fəaliyyətini uğurla davam etdirən professor İsa Alıyev ən nüfuzlu, ən tanınmış iqtisadçı alimlərdən sayılır. O, iqtisadi mövzuda çoxsaylı dəyərli əsərlərin müəllifidir ki, həmin əsərlərin bir neçəsi haqda vaxtilə KİV və saytlarda yazılar verilib.
İndi haqqında söz açdığımız kitabda yeni dövrün tələblərinə uyğun olaraq, aqrar sahənin modernləşməsi istiqamətləri əsaslı şəkildə tətbiq edilmiş və müvafiq olaraq, onun rəqabət qabiliyyətinin səmərəli təmin olunması yolları göstərilmişdir. Hesab edirik ki, kitab bu sahə ilə məşğul olan mütəxəssislər və tədqiqatçılar, həmçinin ali məktəb müəllimləri, doktoranlar, magistrlər, bütövlükdə geniş oxucu kütləsi üçün dəyərli vəsait hesab oluna bilər.
Kitabda daxil edilən fəsillərin adını qeyd etsək, yəqin ki, hansı ciddi araşdırmaların aparıldığı, hansı fundamental ideyaların ortaya qoyulduğu hər kəsə aydın olar:
I fəsil – Aqrar sahənin modernləşməsi ideologiyası və qloballaşma mövqeyindən ona yeni elmi-nəzəri baxış;
II fəsil – Aqrar sahənin rəqabət qabiliyyətliliyi və onun mövcud durumu;
III fəsil – Aqrar sahənin modernləşməsi istiqamətlərinə uyğun rəqabət qabiliyyətliliyinin təmin edilməsi yolları;
IV fəsil – müəlliflərin dövrü mətbuatda bu sahə ilə bağlı çap olunan məqalələri və bir sıra tezisləri toplanmışdır.
Kitab müəlliflərinin qeyd etdiyi kimi, Azərbaycanda son illərdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün münbit şərait yaradılıb. Əsaslı dəyişiklik baş verən aqrar sektorda yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşib. Hazırda idarəetmədə səmərəliliyin və şəffaflığın arıtırılması üçün elektron kənd təsərrüfat sistemi tətbiq edilməkdədir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və insitusional dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir.
Bütün bunlar isə ölkə iqtisadiyyatına və ən çox isə onun ayrılmaz hissəsi olan aqrar sahənin strateji cəhətdən idarə olunması məsələlərinin yeni iqtisadi təfəkkür baxımından araşdırılmasını zəruri edir. Bu zərurətdən çıxış edərək, professor İsa Alıyev və iqtisad üzrə fəlsəfə doktoru İlkin Soltanlı “Aqrar sahənin modernləşdirilməsi və rəqabət qabiliyyətliliyinin təmin olunması problemləri”nin tətbiqini zəruri hesab etmişlər. Müəlliflər aqrar sahənin lazımı şəkildə inkişafını nəzərdə tutan istiqamətləri seçərkən ilkin şərt kimi mütləq şəkildə maliyyə mənbələri ,bank xidmətlərindən faydalanmağın tərəflərinə dair suallara da aydınlıq gətiriblər.Butun suallarla əhatələnən kitabda o da vurğulanır ki,aqrar sahə heç də asan olmayan,əksnə çox funksiyalı sahədir. Bu səbəbdən mütləqdir ki, mühüm istiqamətlərdən biri məşğulluq məsələsində problem daim nəzərdən keçirilsin,burada vaxtaşırı təkimləşdirmə aparılsın.
O cümlədən müəlliflər hesab edir ki, müasir şəraitdə aqrar sahə innovasiyalarsız inkişaf edə bilməz. Proseslərin səmərəli inkişafına neqativ təsir göstərən texniki və texnoloji səviyyə müasirləşdirilməli, kənd təsərüffatının istənilən səviyyədə müasir dövrün tələblərinə tam cavab verməsi nəzarətdə saxlanılmalıdır. Digər önəmli məsələ əsas fondların köhnəlməsi və dövriyyə fondlarının yetərsizliyi kimi əsaslara da yenidən baxılmalı, kənd əhalisinin alıcılıq qabiliyyətinin aşağı olması kimi önəmli səbəblər bu sahə inkişaf etdirilərkən nəzərdən keçirilməlidir. Aqrar sahənin inkişafına yeni elmi-nəzəri baxış müstəvisindən yanaşan kitab müəllifləri aqrar sahənin bazar probleminin olduğunu da qabardırlar. Daxili və xarici bazara çıxışa üstünlük verilməsi,yoxsa Ümümdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmaq və.s bu kimi məsələlərə diqqət çəkilir.
Aqrar sahənin inkişafından söz açılarkən təfəkkür məsələsi də unudulmur.Hər iki müəllif hesab edir ki, dedikləri əsasında aqrar sahənin inkişaf problemləri araşdırılarkən müasir anlamda yeni təfəkkür tərzində sahəyə baxış ortaya çıxacaqdır.Əgər müasir qloballaşma mühitində aqrar sahənin inkişafına yeni iqtisadi təfəkkür müstəvisi baxımından yanaşılmazsa bu mürəkkəb həyatımız üçün həlli vacib olan sahənin problemlərinin həllinin öhtəsindən gəlmək çətinliklər yaradacaq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın