Aqrar Universitetdə yeni laboratoriya açılıb

Aqrar Universitetdə yeni laboratoriya açılıb 

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqranomluq fakültəsində torpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb.

 ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, dövlətin aqrar sahəyə göstərdiyi  qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya  laboratoriyaları  açılıb. Bu laboratoriyalardan biri də ADAU-nun aqronomluq fakültəsinin  torpaqşünaslıq və aqrokimya kafedrasında qurulub. Həmin  laboratoriyada digər  kafedraların əməkdaşları da öz elmi–tədqiqat işləri üçün torpaq və bitki analizləri apara biləcək .  Yeni açılan laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri  təyin  etmək  mümkündür.  Bundan əlavə torpağın aqrokimyəvi,  bioloji,  su-fiziki, hava və istilik xassələrini də təyin etməyə imkan var . 

       Laboratoriyanın ən üstün cəhətlərindən biri də odur ki, burada torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri, aşkar etmək mümkündür.  

        Hazırda  Universitetin 2 tələbəsi və  bir  laborantı  Bakı  şəhərində  bu  laboratoriyanın iş prinsipini öyrənib və laboratoriya işə başlayıb.

       Laboratoriya həmçinin Respublikamızın  bölgələrində  fəaliyyət göstərən  fermerlərə xidmət edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi