"Aqroservis" ASC-yə ayrılan vəsait talan edilir-

"Aqroservis" ASC-yə ayrılan vəsait talan edilir- Elmin Rəhmanov vəzifə səlahiyyətlərindən sui-istifadə edir - ŞİKAYƏT

"Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elmin Rəhmanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət idarəsini özəl təşkilata çevirib."

Bu fikirlər Faktinfo.az saytına Ucar rayon Yuxarı Şilayn kənd sakini Əhmədov Beyrut Abbas oğlunun göndərdiyi şikayət məktubundandır.

Şikayətçi bildirir ki,2014-cü il tarixdən "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Ucar Filialından komabynı lizinq yolu ilə götürüb işlədib. Heç bir qanun pozuntusuna yol vermədən müqavilə şərtlərinə uyğun davranıb. "SAMPO" markalı kambaynı qanunu sənədlərələ liznq yolu ilə götürüb istifadə edib,ailəsini dolandırıb.Xəstələndiyi halda  kombaynı ərizə yazdırıb ondan təhvil alıblar. Müalicə olunub sağalıb işə qayıtmaq istəyəndə mənə məlum oldu ki, kombaynı qanunsuz olaraq başqa şəxsə veriblər.( Qeyd: Ehtimal olunur ki, alınan "şapka" qarşılığında kombayın başqa şəxsə müqaviləli əsaslarla verilib-Faktinfo.az) Şikayətçi:" Hansı ki, həmin kombaynı mən özüm işlətməliyəm təmirinə pul xərcləmişəm. Mənim kimi təcrübəli, qabaqcıl mexanizatorun işdən uzaqlaşdırlıması kənd təsərrüfatına ziyan vurulması deməkdir.Mən bu barədə  "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elmin Rəhmanova ərizələrlə müraciət etdim.Heç bir cavab verilmədiyi üçün 24 yanvar 2022-ci il tarixdə onun şəxsən qəbuluna düşmək üçün Bakı şəhərinə getdim. 

Həmin vaxt sədr Elmin Rəhmanov orada olsada məni qəbul etməmək üçün idarədə olmadığını köməkçi vasitəsi ilə mənə çatdırdı.Elmin Rəhmanov idarəyə rəhbər təyin olunandan sonra burada qanunsuzluq özbaşınalıq baş alıb gedir.Dövlətin ayrıdığı pullar talan edilir.Elə bu səbəbdəndir ki, taxıl yığımı vaxtı insanların məhsulu zəmilərdə batır tərg olur, Azərbaycan iqtisadiyyatına küllü miqdarda ziyanlar dəyir.Bunları dediyimə və şikayətlər etdiyim üçün mənimlə pirinsp aparılır.Bu səbəbdəndə mənim xəstələnməyimdən, müalicəyə getməyimdən və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənim istifadəmdə olan kombaynı əlimdən belə qanunsuz yolla alıb başqasına veriblər.

Şikayətçi zəhməthaqqının verilmədiyini də bildirir:"Həmçinin, Ucar Aqroservizində çilingər vəzifəsini icra edən olsada pambıqyığan kombaynı  1 aydan çox müddətə mənə təmir etdirdilər ancaq pulumu vermədilər.Belə yollarla Elmin Rəhmanovun yerlərdə rəhbər işçiləri talançılıqla məşğul olurlar.O, isə ona görə göz yumur ki, talançılıqla əldə olunan pulun yüksək faizi ona çatır.Mən 1984-cü il tarixdən kombayn sürürüəm. Peşəkar kombayn sürücüsüyəm, pambıq, taxıl yığımında yüksək göstəricilərə nail olmuşam.İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ucar "Aqroservis"-dən 2014-cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirdim. Mənim atam Abbas Əhmədov sovetlər dönəmində qabaqcıl mexanizator olub deyə onu buna görə təltif ediblər. Ona qırımızı diplom verilib.Sovet dönəmində mexanizatorların yarışnasının qalıbi olub. Biz alın təri ilə zəhmətlə işləyib çörəyimizi qazanmışıq. Yeganə oğlum Rafiq Əhmədov Vətən müharibəsində Tərtərin Suqovşan qəsəbəsi, Talışkənd kəndi və Ağdərənin azadlığı uğurunda gedən döyüşlərdə Müdafiə Nazirliyinin 708  saylı hərbi hissənin tərkibində qəhrəmancasına vuruşub.Mən buna görə  fəxr edirəm.Biz vətəni, əməyi sevən zəhmətkeş insanlarıq.Torpağı qorumağa mənim oğlum kimi qəhrəmanlar getməli, dövlətin vəsaitini isə Elmin Rəhmanov kimi neqativ ünsürlər talan etməlidr? 

Hətda pambıq yığan kombaynı mənə təmir etdirib başqasına verdilər.Hansı ki, təmir üçün pul xərcləsəmdə özümə ödəmədilər.Belə saxtakarlıqla, özbaşnalıqla, Elmin Rəhmanov artıq "peşəkar" olub.(Burada bəzi təhqiramiz ifadələri mətindən çıxardırıq-Faktinfo.az) Elmin Rəhmanov kimi şəxs mənafeyinə görə kənd təsərrüfatına küllü miqdarda ziyanlar vurur.Onun fəaliyyəti obyektiv araşdırılarsa bu fakt təsdiqini tapacaq.Zərurət var ki, Elmin Rəhmanovun iş fəaliyyəti obyektiv təftiş edilib qanunu tədbirlər görülsün.

Faktinfo.az


"Aqroservis" ASC-yə ayrılan vəsait talan edilir-"Aqroservis" ASC-yə ayrılan vəsait talan edilir-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi