AQTA ZƏHƏRLƏNMƏLƏRİ GİZLƏDİR – EYYUB HÜSEYNOVDAN ŞOK AÇIQLAMA
Qida zəhərlənmələri harada olursa, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dərhal həmin məntəqədə peyda olur.
Bu, istər şadlıq evləri, istər kənd toyları olsun, istər hansısa qapısı-pəncərəsi tökülüb-dağılan yeməkxana, kafe olsun, harda zəhərlənmə var, AQTA ordadır.
Bu günlərdə də Ağcabədinin Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Tribunainfo.az bildirir ki, bu barədə AQTA özü məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub. Yəni AQTA müfəttişləri hətta ev şəraitində olan məclisə də gedərəkən zəhərlənmənin səbəbini dəqiqləşdirməyə çalışıblar.
Xüsusən də son zamanlar zəhərlənmələr toyuq-quş məhsullarından qeydə alınır. Yaxud da AQTA təqdimatını belə verir. Bu da səbəbsiz deyil. Belə məlumatlar var ki, AQTA sədri Qoşqar Təhməzlinin toyuq biznesində payı var. Ona görə broyler təsərrüfatları, toylara bu məhsulları paylayan şirkətlər tez-tez qurumun hədəfinə gəlir. Ona görə son vaxtlar zəhərlənmə hallarının artmasından AQTA da öz maraqları naminə istifadə etmiş ola bilər. Və bunu bir təsadüf olmadığı iddiaları var. Bəs, zəhərlənmə halları niyə artır?Azərbaycan Qida Təhlükəsizliyi
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun saytımıza dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 10 nəfərdən biri ildə bir dəfə zəhərlənir: “Azərbaycanda bu təxminən 1 milyon adam edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2022-ci il üçün son məlumatına görə isə Azərbaycanda ildə cəmi 348 nəfər zəəhərlənib. Bu o deməkdir ki, zəhərlənmələrin sayı təxminən 700 dəfə AQTA tərəfindən gizlədilib. Eləcə də AQTA-nın məlumatına görə, 7 nəfər zəhərlənmədən ölüb. Halbuki ÜST göstəricisinə əsasən bu rəqəm 525 ətrafında olmalıdır. İlk baxışda deyə bilərsiz ki, biz dünyanın xoşbəxt xalqıyıq ki, zəhərlənmə də azdır, zəhərlənmədən ölən də. Əgər həqiqətən də belədirsə, xalqımız uzun ömürlü olmalıdır, ancaq elə deyil.
Biz olduqca təhlükəli qidalarla qidalanırıq, lakin bu qida zəhərlənmələri gizlədilir. Səbəbi də oldur ki, AQTA həm sertifikat verir, zəhərlənmənin baş verdiyi qida ilə bağlı araşdırma aparır. Bu gün AQTA sertifikat verdiyi hər hansısa qidadan zəhərlənmə olanda gizlədir. Çünki sertifikatı özü verib. Belə maraqlı konflikt olan şəraitdə zəhərlənmələr, zəhərlənmədən ölənlər barədə dəqiq informasiya biz haradan əldə edə bilərik. Bu cür məlumatların böyük hissəsi gizlədilir. Məlum olan faktlar ancaq medianın ictimailəşdirdikləridir. Nə qədər də eyni bir orqan həm sertifikat verir, həm də zəhərlənməni, ölüm halını fiks eləyir, problem belə də davam edəcək”. Ekspert deyir ki, bu gün yararlılıq müddəti ötmüş toyuq məhsulları soyuducularda saxlanılaraq yenidən istifadəyə göndərilir: №Vaxtı keçmiş toyuqlar kolbasa, sosis istehsalı ilə məşğul olan müəssisələrə yola salınır. Halbuki o toyuqlar məhv edilməlidir. Təəssüf ki, bu baş vermir. Zəhərlənmə baş verəndə də günahı istehlakçıda görürlər.
Nə qədər ki, ölkədə normal ictimai nəzarət yoxdur, nə qədər ki, dövlət orqanları mediada gedən məlumatları təqib edib onunla əlbir işləmir, bu kimi hallar da davam edəcə”
Bu xəbər üçün şərh yazın