Arif Hacılının oğlu həbs olundu - Müsavat başqanından açıqlama

Arif Hacılının oğlu həbs olundu - Müsavat başqanından açıqlama 

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib.

AzPolitika.info xəbər verir ki, bu barədə Arif Hacılı özünün "facebook" səhifəsində məlumat verib.

"Oğlumu həbs etdilər. Haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıblar. 

Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb. Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür.

Bir dəfə də demişəm. Mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladlarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır", - deyə Arif Hacılı yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı.  “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılmışdı. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər