Aritmiyaya qarşı yeni əlac - Şar müalicəsi
İngiltərə həkimləri aritmiyası olan xəstələr üçün yüksək texnolojili bir ürək şarı yaratdı.
Faktinfo.az xəbər verir ki, Atrial fibrilasion adı verilən ən çox görülən anormal ürək ritmi pozuntusuna əlac tapmağa çalışan İngilitərə həkimləri ağciyərdən ürəyə gedən dörd əsas damardan biri və ya hamısında yaranan anormal elektrik siqnallarını yaradan bir cihaz sayəsində ərsəyə gələ bildiyini söylədi.
Londonda Barts Dövlət Xəstəxanasında yaradılan sistemdə, içində bədən elektrodu olan bir şar ağciyər damarlarının ətrafındakı toxumaya girişə nizamsız elektrik siqnallarını önləmək üçün müəyyən bir dozada istilik verir.
Professor Riçard Şillinq bu barədə belə dedi: "İndiyə qədər istifadə edilən üsul kimi ürək toxumasına zərər vermək yerinə damar divarını hədəfə alır".
Bunun sayəsində, həm ürək toxumasına zərər vermədən, həm də ürək ritmini nizamlayaraq xəstənin sağalmasına kömək edir.
Bu xəbər üçün şərh yazın