Arvadını və iki övladını öldürdü – Dəhşətli qətl
Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.
Hadisə şəhərin ərazisində baş verib.
Şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını qətlə yetirib. Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.
Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəlib.
***
Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.
O, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın