Aşıq Ədalət vəfat etdi
Azərbaycanın əməkdar incəsənət xadimi Ədalət Nəsibov (Aşıq Ədalət) dünyasını dəyişib.
Bu barədə mətbuata oğlu Hekayət Nəsibov məlumat verib.O, 78 yaşlı atasının qəfildən halının pisləşdiyini söyləyib: “Dünən yaxşı idi, mənimlə zarafatlaşdı. Axşam halı pisləşdi, həkim çağırdıq. Bir az əvvəl gözlərini yumdu. Onun son sözü bu oldu ki, mənə görə çox əziyyət çəkdiniz, haqqınızı halal edin”.
Qeyd edək ki, aşıq 1939-cu ildə Qazaxda dünyaya gəlib. Onun ustadı Aşıq Əli olub. Aşıq Ədalət "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarını bənzərsiz ifaçılarındandır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın