“AtaBank”da nələr baş verir?- Haqlı kimdir,haqsız kim?
İşdən çıxarılan Vergilər naziri Fazil Məmmədovun əlindəki maliyyə resurslarının alınması və təftiş edilməsi ilə bağlı ölkə mediasında məlumatlar səngimək bilmir. Sabiq nazirin nəzarətindəki şirkətlərin əlindən alınmasının an məsələsi olduğu durmadan tirajlanır. Fazil Məmmədovun əmlaklarının və maliyyə qaynaqlarının əksəriyyətinin ölkə daxilində olması isə bu iddiaların əsaslı olmasını şərtləndirir.
Faktinfo.az xəbər verir ki,sabiq nazirin nəzarətində olduğu və bacısı oğlunun rəhbərlik etdiyi AtaBank-la bağlı Tendensiya.com ilginc məlumat yayıb. Saytın yaydığı məlumatda vurğulanır ki, sabiq nazirə məxsus bankda sədr Dəyanət Quliyevlə İdarə Heyətinin üzvü Etibar Babaşlı arasında qarşıdurma yaranıb. Sədrlə müavinin üz-üzə gəlməsinin əsas səbəblərindən biri kimi yaxın aylarda AtaBank-ın Fazil Məmmədovun nəzarətindən çıxa biləcəyinə dair ehtimallar vurğulanır.
Məlumatda bildirilir ki, bankın idarə heyətinin üzvü Etibar Babaşlıya AtaBank-da Fazil Məmmədova bağlı şəxslərin siyahısının tutulması tapşırılıb. Həmçinin Etibar Babaşlıya özünün komandasını yaratması təlimatı verildiyi iddia edilir. Məlumata görə, Etibar Babaşlıya verilən bu tapşırıqdan Fazil Məmmədovun AtaBank-dakı kadrları xəbər tutublar. Məhz bundan sonra bank sədri Dəyanət Quliyev Etibar Babaşlı ilə görüşərək ondan istefa ərzisəi yazılmasını tələb edib.
Ancaq Etibar Babaşlı sədrin ona etdiyi təklifdən imtina edərək işinin başında qalacağını bildirib.Bu isə tərəflər arasında münaqişəyə gətirib çıxardıb.
Xatırladaq ki, “AtaBank”-ın idarə heyətinin üzvü Etibar Babaşlı vaxtı ilə Fazil Məmmədova yaxın olan şəxslərdən biri kimi tanınırdı. İki il öncə “AtaBank”ın idarə heyətində baş verən dəyişikliklər zamanı Etibar Babaşlının vəzifədən gedəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Amma onun bütün dostları və ortaqları bankdan getsə də, Babaşlı İdarə Heyətində mövqeyini qoruyub saxlaya bildi.
Onu da qeyd edək ki,Etibar Babaşlının adı ölkə mediasına 2 il öncə İdarə Heyətinin digər üzvü, yaxın dostu və ortağı Elnur Osmanovun bankdan qovulması ilə bağlı gündəmə gəlmişdi. Həmin vaxt mediada dərc olunan məlumatlarda vurğulanırdı ki, Etibar Babaşlının yaxın dostu Elnur Osmanov üçün məhkəməyə saxta sənəd təqdim etməsinin üstü açılmış və məsələ idarə heyətində müzakirə olunaraq ciddi söz- söhbətə yol açmışdı.
O zaman mətbuatın yazdıqlarında Etibar Babaşlının Elnur Osmanovla şərikli biznesinin olduğu da əksini tapmışdı.
Bankdan verilən məlumata görə, Etibar Babaşlı hazırda idarə heyətində ən imkanlı şəxs hesab olunur. Onun bankdan yaxın adamlarının adına aşağı faizlə milyonlarla manat kredit götürərək yeni biznes sahələri yaratdığı da iddia olunur.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın