“Atam həkim səhlənkarlığının qurbanı oldu” – Ucar sakinindən şikayət

“Atam həkim səhlənkarlığının qurbanı oldu” – Ucar sakinindən şikayət 

“16 noyabr 2022-ci il tarixdə atam Akif Curullayevin halı pisləşdiyi üçün onu Ucar rayon Mərkəzi Xəstəxanasına aparmalı olduq.

 Lakin həkim müayinəsi zamanı ona düzgün diaqnoz qoyulmadı. Atamı müayinə edən həkim əvvəlcə qan təzyiqinin qalxdığını, bir qədər sonra ağciyərinə soyuq olduğunu, ən sonda isə infarkt keçirdiyini bildirdi. Bu zaman atamı Bakıdakı xəstəxanlardan birinə aparmaq üçün xəstəxanadan göndəriş tələb etdik. Amma xətəxananın direktoru Zeynal Bayramlı bizi göndərişlə təmin etmədi. Nəticədə bir neçə saatdan sonra həkim səhlənkarlığı səbəbindən atam dünyasını dəyişdi”.

Bu sözləri Ucar rayon sakini Curullayev Kənan Akif oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirib.

Şikayətçi bu hadisəyə qədər Ucar rayon Mərkəzi Xəstəxanasına müraciət etmədiyini, buna görə də oradakı vəziyyətdən xəbərsiz olduğunu bildirir: “Əgər biz qonşu Göyçay rayonundakı xəstəxanaya getsəydik indi bəlkə də atam həyatda olacaqdı. Bu gün Ucar rayon Mərkəzi Xəstəxanasında savadlı həkim tapmaq mümkün deyil. Z. Bayramlı xəstəxanadakı təcrübəli həkimlərin əksəriyyətini işdən qovub. Hər kəs onun fəaliyyətindən narazıdır. Hazırda Ucar rayon Mərkəzi Xəstəxanası respublikada ən çox narazılığın olduğu xəstəxanalardan birinə çevrilib”.

Şikayətçi məktubun sonunda ölkə rəhbərliyinə müraciət edərək, xəstəxanın direktoru Zeynal Bayramlı barəsində tədbir görülməsini xahiş edir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi