Atatürkü kimin canlandıracağı açıqlandı

Atatürkü kimin canlandıracağı açıqlandı 

Mustafa Kamal Atatürk haqqında yeni film gəlir. Cümhuriyyətin 100 illiyi üçün hazırlanan layihədə baş rolu kimin canlandıracağı məlum olub.

Kult.az xəbər verir ki, hazırlanan layihənin baş rolunu Araz Bulud İynəmli oynayır.

“Disney Plus”ın ekranlaşdıracağı serialın qonorarı da qismən müəyyənləşib. Serialın baş rol ifaçısı Araz Bulud İynəmlinin hər bölüm üçün 700 min lirə qazanacağı iddia edilib.

“Harri Potter” filmi ilə parlayan britaniyalı aktrisa Emma Vatson İynəmli ilə kamera qarşısına keçəcək.

İlk mövsüm üçün 6 bölüm olaraq hazırlanan “Atatürk” serialının musiqisini Oskar mükafatlı musiqiçi Hans Zimmer bəstələyəcək.

Qeyd edək ki, film 29 oktyabr 2023-cü ildə “Disney Plus” onlayn platformasında yayımlanacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi