Avropa Məhkəməsi Eldar Mahmudovun şərlədiyi daha bir jurnalistin şikayətini təmin edib -

Avropa Məhkəməsi Eldar Mahmudovun şərlədiyi daha bir jurnalistin şikayətini təmin edib - DETALLAR

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə məhkum edilməsinə dair şikayəti üzrə qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, məhkəmə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu tanıyıb və mənəvi zərərə görə 3600 avro kompensasiya təyin edib.
Xatırladaq ki, Rauf Mirqədirov vaxtilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs etdiyi və dövlətə xəyanətdə ittiham olunduğu jurnalistlərdən biridir.

Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunub.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Rauf Mirqədirovu 6 il müddətinə azadlıqdan məhrum etsə də sonradan Bakı Apellyasiya Məhkəməsi həbs cəzasını 5 il sınaq müddəti ilə şərti cəza ilə əvəz etdi və jurnalist azadlığa buraxıldı.

Rauf Mirqədirov sonradan Azərbaycanı tərk edərək İsveçrəyə mühacirət edib. O, irəli sürülmüş ittihamları rədd edib.

Avropa Məhkəməsi isə cinayət icraatının bütövlükdə ədalətli məhkəmə araşdırması təminatlarına uyğun olmadığı qənaətinə gəlib və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu tanıyıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪