Az danışıb,çox iş görməyə üstünlük verən namizəd - Beləsinə kim səs verməz ki?
Parlament seçkilərinin təbliğat-təşviqat dövründə öndə gedən,xüsusən seçkilərdən sonra qalib elan olunan bir çox namizədlərə bəzən şübhə ilə yanaşılır, seçkilərin saxtalaşdırıldığı haqda fikirlər səsləndirilir.Ancaq elə qaliblər də olur ki,həm hakimiyyət tərəfindən yüksək qiymətləndirilir, həm də seçicilər tərəfindən sevilir -seçilir.
Belə millət vəkillərimiz əvvəllər də olub,bu gün də var. Belə dəyərli şəxslərdən biri də bir neçə dönəm 86 saylı İsmayıllı Seçki Dairəsindən deputat seçilmiş,bu gün də eyni dairədən namizədliyini irəli sürmüş Novruzəli Aslanovdur (Xalq arasında Qızıl Aypara Cəmiyyətinin sədri və bəstəkar kimi də çox məşhurdur-Faktinfo.az).
Faktinfo.az bildirir ki,bu şəxs tək-tək deputatlardan biridir ki,hər zaman az danışıb,çox iş görməyə üstünlük verib.Özü də heç vaxt elədiklərini reklam etdirməyib,əksinə çox zaman bu mövzuda mediaya qapalı olub.
Ancaq Novruzəli Aslanovun(Novruz Aslan) fəaliyyəti ilə bağlı bəzi faktları qeyd etməyi məqsədəuyğun sayırıq.O təkcə 2005-2019-cu illərdə 650 dəfədən çox İsmayıllı rayonuna səfər edib.Deputatlığa namizədin 2005-2019-cu illər ərzində görüşlərində və qəbullarında iştirak edən sakinlərin sayı 35.000 nəfərdən çox olub,ona ünvanlanan müraciətlərin 75%-dən çoxu öz müsbət həllini tapıb.
İsmayıllı rayonunda fərdi evlərdə baş vermiş yanğınlar və digər fəlakətlər zamanı göstərilən yardımların ümumi statistikası isə aşağıdakı kimidir:
2016-cı il – Sulut kəndinə torpaq sürüşməsi səbəbindən 7 (yeddi) ailəyə 8 (səkkiz) ədəd ümumi dəyəri 4718,48 AZN (dörd min yeddi yüz on səkkiz manat, 48 qəpik) olan çadır (5 nəfərlik) verilmişdir.
2016-cı il – (Quşencə, Kürdmaşı, Enişdibi, Balik, Aşıqbayramlı) kəndlərində sel sularından əziyyət çəkən 3 (üç) ailə üçün 3 (üç) ədəd ümumi dəyəri 1769,43 AZN (bir min yeddi yüz altmış doqquz manat, 43 qəpik) çadır və ümumi dəyəri 986,68 AZN (doqquz yüz səksən altı manat, 68 qəpik) olan humanitar yardım verilmişdir.
2017-ci il - İsmayıllı rayonu, Qıcatan kəndi – (yanğın) Kərimli Leyla Elşad qızı və Mahmudov Məhəmməd Qudu oğlu 2(iki) ailə 4(dörd) nəfər, humanitar yardım 335,82 AZN
2017-ci il - Ismayıllı rayonu, Cəmənli kəndi – (yanğın) Eminov Natiq Şakir oğlu – 1(bir) ailə 4(dörd) nəfər, humanitar yardım 427,63 AZN
2017-ci il - Ismayıllı rayonu, Diyallı kəndi – (yanğın) Vahabov Zeynal oğlu. – 1(bir) ailə 4(dörd) nəfər, humanitar yardım 238,23 AZN
2017-ci il - Ismayıllı rayonu, Xanagah, Qaraqaya kəndləri – (yanğın, yardım) Həsənov Səyavuş. – 1(bir) ədəd çadır 238,23 AZN və Xanagah kənd nümayəndəliyi 1(bir) ədəd çadır 90 kv.m 4242,62 AZN
2017-ci il - Ismayıllı rayonu, Basqal qəsəbəsi – (fövqəladə hallara cavabvermə məqsədi) – 1(bir) ədəd 90 kv.m çadır 4242,62 AZN
2017-ci il – İsmayıllı rayonu, Zeyvə kəndi (yanğın) 1(bir) ailə 4 (dörd) nəfər humanitar yardım 363,62(üç yüz altmış üç manat altmış üç qəpik).
2018-ci il - İsmayıllı rayonu, Cəmənli kəndi – (fövqəladə hallara cabvermə məqsədi) – 2(iki) ədəd çadır 476,44(dörd yüz yetmiş altı manat qırx dörd qəpik).
2018-ci il - İsmayıllı rayonu, Diyallı kəndi – (fövqəladə hallara cavabvermə məqsədi) – 1(bir) ədəd çadır 238,23 (iki yüz otuz səkkiz manat iyirmi üç qəpik).
2018-ci il - İsmayıllı rayonu, Qoşakənd kəndi –( fövqəladə hallara cavabvermə məqsədi) – 2(iki) ədəd çadır 1350,52 ( bir min üç yüz əlli manat əlli iki qəpik).
2018-ci il - AzQAC İsmayıllı Rayon Bölməsi - (fövqəladə hallara cavabvermə məqsədi) – 1(bir) ədəd çadır 238,23( iki yüz otuz səkkiz manat iyirmi üç qəpik).
2019-cu il - İsmayıllı rayonu, Diyallı kəndi, Əliyev Rəsul- (fövqəladə hallara cavabvermə məqsədi) – 1(bir) ədəd çadır, məişət ləvazimatları, 656,11 (altı yüz əlli altı min manat on bir qəpik).
2019-cu il - AzQAC İsmayıllı Rayon Bölməsi - (fövqəladə hallara cavabvermə məqsədi) – 1(bir) ədəd çadır 238,23( iki yüz otuz səkkiz manat iyirmi üç qəpik)
Həmçinin,ayrı-ayrı şəxslərə olunan maddi yardımların məbləği 2016-cı ildə 14 370 AZN, 2017-ci ildə 12 835 AZN,2018-ci ildə 7 350 AZN,2019-cu ildə isə 7225 AZN olub.Bunlardan əlavə,il boyu 6 nəfər imkansız şəxsə hər ay 50 AZN məbləğində yardım göstərilir ki,bu da il ərzində 3600 AZN deməkdir.Bütün bunlarda son deyil...
İsmayıllı rayonunda keçirilən kütləvi tədbirlərdə,müxtəlif görüşlərdə Novruzəli Aslanov hər zaman aktiv iştirak edib,deputat seçildiyi rayona bağlılığını əməli ilə sübuta yetirib.Bu isə o deməkdir ki,Novruzəli Aslanov xalqın,seçicilərin hüquq və mənafeyini qoruya biləndir,seçildiyi dairədə sosial-iqtisadi tələbləri yerinə yetirməyə qadirdir.Eləcə də özünün nümunəvi hərəkətləri ilə hamıya örnək olmağı bacarandır.
Novruzəli Aslanovu seçicilərinə sevdirən bir də odur ki,o demək olar ki,hər həftənin dördüncü günü-cümə axşamı İsmayıllıda keçirməyə üstünlük verir.Həmin günlərdə rayonda eşitdiyi,bildiyi bütün xeyir-şər məclislərində yaxından iştirak edir.Hətta deyilənlərə görə,bəzi yaxınlarına məxsusi olaraq tapşırıq verib ki,rayondakı xeyir-şər məclislərinin vaxtı ilə bağlı onu daimi olaraq məlumatlandırsınlar.
Təbii ki,elinə-obasına bu cür qiymət verən şəxsin də layiq olduğu qiymət verilməlidir və böyük ehtimalla veriləcək də.Çünki belə namizədi qoyub kim başqasına səs verər ki?
Sonda seçicilər üçün deputatlığa namizəd Novruzəli Aslanovun qısa tərcümeyi-halını təqdim edirik:
Novruzəli Davud oğlu Aslanov (Novruz Aslan) 1963-cü il mart ayının 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
“Varlı olmaq istəyirsənsə”, “Xeyir və Şər”, “Mənim düşüncələrim” (Qızıl Xaç və Qızıl Aypara hərəkatı haqqında), “Qızıl Aypara dünən, bugün, sabah”, “Bir daha insan haqqında”, “Əbədi həyat və möcüzəli varlıq”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti-zamanın axarında”, “İnsan və onun möcüzəli dünyası”, “Humanitar diplomatiya”, “Mərhəmətin ünvanı” kimi ədəbi və elmi-kütləvi kitabların müəllifidir. Bununla bərabər o, bir çox sevilən mahnıların müəllifi, “Humay ilahəsi” mükafatının və ”Qrand” musiqili milli-ictimai mükafatının laureatıdır.
Novruzəli Aslanov Yusif Məmmədəliyev adına medala layiq görülmüş və Respublikanın sosial-iqtisadi həyatındakı xidmətlərinə görə 2005-ci il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla “Tərəqqi” medalı, 4 mart 2010-cu il tarixdə 3-cü dərəcəli, 4 mart 2015-ci ildə 2-ci dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
2005-2015 illərdə Üçüncü,Dördüncü və Beşinci Çağırış Milli Məclisin deputatı olub.
2007-ci ildə “Parlament Jurnalistləri” İctimai Birliyi tərəfindən təsis olunmuş “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili” adına layiq görülüb.
Amerika Bioqrafiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə 2008-ci ilin adamı elan edilib, 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə “İlin Adamı” medalı ilə təltif olunub.
Ailəlidir, 4 övladı var.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın