Azərbaycan buğda ilə özünü orta hesabla 60 % təmin edir?- İnam Kərimov danışır,da...
"Fermerlər yumşaq buğda ilə bərk buğdanı ayıra bilmirlər. Azərbaycan buğda ilə özünü orta hesabla 60 % təmin edir. Qalan 40 %-lik hissə isə ölkəyə idxal olunur".
Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir qeyd edib ki, Azərbaycanın ərzaq təhlükəsizliyi istiqamətində gördüyü işləri yüksək qiymətləndirmək olar:
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qəbul etdiyi normalara görə, ərzaq təhlükəsizliyi deyəndə ilk növbədə ölkədə ərzağın mövcudluğunu, ikinci növbədə ərzağın əlçatanlığını, üçüncü növbədə isə ərzağın sağlamlığı başa düşülür. Kənd Təsərrüfatı Nazirliyi artıq birinci komponent üzrə funksiyasını icra edir. Bu komponent isə iki hissəyə bölünür: ərzağın istehsalı və ərzaq ehtiyatlarının formalaşdırılması".
Qeyd edək ki, yeni ildə çörəyin bahalaşması yerli ərzaq buğdası istehsalını gündəmə gətirib. Belə ki, çörəyin bahalaşmasında əsas səbəb kimi dünya bazarında ərzaq buğdasının bahalaşması göstərilir.
Faktinfo.az bildirir ki, Azərbaycan hələ də bu sahədə idxalçı ölkədir. Nəticədə bu gün daxili bazarda çörək bahadır, ərzaq buğdası ilə bağlı valyuta xaricə axır.Buğda o yana qalsın,digər kənd təsərrüfatı məhsullarından aslı vəziyyətə düşmüşük.Hələ təzə məhsulun bazara çıxarılmasına azı 4 ay müddət var.Amma ötən ilin dekabrndan yerli istehsal olan kartof,soğan,kələm vəs. məhsullar çatışmır.Əvvəllər kənd təsərrüfatı məhsulları üzrə idxaldan aslılığımız 3-4 ay təşkil edirdisə,son 2 ildə bu aslılıq azı 5 aya yüksəlib.Statistik məlumatlarla nazir İnam Kərimovun "Azərbaycan buğda ilə özünü orta hesabla 60 % təmin edir" fikirlərinin uyğunluğu yoxdur.Bir qrup "hüquqşünas ordusunun" Kənd Təsərrüfatı Nazirliyində aparıcı vəzifələrə gətirilməsi,onlarında katibələrə,xarici markalı maşınlara aludəçiliyi qarşıdakı illərdə respubilkanın ərzaq təhlükəsizliyini təhdid edir.Bolşevikcəsinə kütləvi şəkildə kənd təsərrüfatı kadrlarının işdən çıxardılması artıq məhsul istehsalında,fermerlərin məlumatlandırılmasında mənfilərlə müşayət olunur."
Buğda burdursa,taxıl hansıdır,bu inəyin balasıdır?..vəs." yersiz suallar verənlərlə kənd təsərrüfatını inkişaf etdirmək olar?! Nazir kabinetindən çıxıb şəhərdə aparıcı marketləri gəzsin,görək marketlərdə yerli kartof satılırmı?! İnam Kərimov danışır,da...
Faktinfo.az
Bu xəbər üçün şərh yazın