Azərbaycan Dövlət Aqrar Universiteti: xidmət,yoxsa nöqsan?-

Azərbaycan Dövlət Aqrar Universiteti: xidmət,yoxsa nöqsan?- Məşhur "ASXİ" modern inkişaf yolunda...

Azərbaycan Dövlət Aqrar Universiteti vaxtilə respublikamızın ən nüfuzlu ali məktəblərindən biri sayılırdı.Xalq arasında "ASXİ"kimi tanınan bu ali məktəbdə bir çox ixtisaslar üzrə kadrlar ,o cümlədən aqranom,zootexnik,baytar həkim,mexanizator və.s hazırlanırdı. Həmin mütəxəssislər isə yalnız Azərbaycanda deyil,keçmiş SSRİ-də mühüm sektor sayılan kənd təsərrüfatının inkişafına xidmət edirdilər.

Amma Sovet İttifaqının dağılması  hər yerdə olduğu kimi,bu təhsil ocağının fəaliyyətinə də öz təsirini göstərdi.Növbəti illərdə aparılan  torpaq islahatları zamanı kənd təsərrüfatı mütəxəssislərinin böyük əksəriyyəti işsiz qaldı.Nəticədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, bir neçə il sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlanan bu ali məktəbdə oxumaq istəyənlərin sayı kəskin azaldı.Demək olar ki,qəbula gələn yox idi.Hətta test imtahanları zamanı keçid balının 150,daha sonra 100-ə endirilməsi də işə yaramadı və plan yerləri dolmadı.Bu vəziyyət uzun müddət davam etdi.

Lakin sonradan qeyri-neft sektorunun inkişafına yaranan ehtiyac,kənd təsərrüfatının dirçəldilməsi ilə bağlı dövlət səviyyəsində görülən işlər vəziyyəti dəyişməyə başladı.Artıq son 3-4 ildə Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılan bu təhsil ocağında geniş miqyaslı işlər görüldü,forma və məzmun  dəyişikliyi baş verdi.Axrıncı 2 ildə isə bütün işlər ən ali səviyyədə yüksələn xətlə inkişaf etməyə başladı.Hər şeydən əvvəl ADAU-nun maddi-texniki bazası əsaslı şəkildə quruldu, laboratoriyalardakı vəziyyət yeni dövrün tələblərinə uyğunlaşdırıldı ,ən müasir texnologiyalar tətbiq edilməyə başladı.

Taxılçılıq,üzümçülük,pambıqçılıq,quşçuluq və s.sahələr üzrə təcrübə sahələri yaradıldı.Tələbələrin nəzəri biliklərinin üzüm,taxıl ,pambıq və s.sahələrdə  tətbiqi davamlı şəkil aldı.Tədris prosesində şəffaflıq və obyektivlik əsas prinsipə çevrildi.

Əlbəttə,bütün bu uğurlar ilk növbədə Prezident İlham Əliyevin adı ilə bağlıdır.Məhz Dövlət başçısının kənd təsərrüfatının inkişafına ,bu sahədə layiqli kadrların hazırlanmasına göstərdiyi diqqət və qayğı müsbət tendensiyalara gətirib çıxardı.ADİU inkişaf yolu tutmağa başladı,beynəlxalq təcrübə öyrənildi.

Polşa, Macarıstan,Bolqarıstan,Rumıniya,Türkiyə və digər ölkələrlə əməkdaşlıq yaradıldı,təcrübə mübadilələri həyata keçirildi.Bütün bu işlər təbii ki,öz bəhrəsini verməyə bilməzdi. 

Hazırda ADAU-da tələbələrin 75 faizi əyani şöbədə təhsil alır.Ayrı-ayrı bölgələrdən gələn bu tələbələrin böyük əksəriyyəti vaxtilə kirayə evlərdə yaşayırdılar ki,bu bir çox problemlər yaradırdı.Artıq bu məsələ də öz həllini tapıb.Belə ki,ilk addım kimi 2014-cü ildə əsası qoyulan 520 yerlik yataqxana 2016-cı ildə istifadəyə verilib və onun açılışında Prezident İlham Əliyev də iştirak edib.

Həmçinin ,əsası 2015-ci ildə qoyulan və 2 ilə istifadəyə verilən yeni yaşayış kompleksi 5 korpusdan ibarətdir və 640 min kvadrat metri əhatə edir.Buradakı 257 otağın da hamısı mebellə və digər zəruri əşyalarla təchiz edilib.Ərazidə kafe,idman zalı,kitabxana,istirahət guşəsi və s. fəaliyyət göstərir.Tam Avropa standartlarına uyğun olan bu yaşayış kompleksinə hətta paytaxt Bakıdakı əksər ali təhsil müəssisələri həsəd apara bilər.Təsadüfi deyil ki,ADAU-nun tələbələri özləri də etiraf edirlər ki,heç onların çoxunun evində bu cür komfort şərait yoxdu.

Yeni tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə 1310 nəfər ölkə vətəndaşı , 75 nəfər isə xarici ölkə vətəndaşları olan tələbələr qəbul olunub.Universitetdə 14 aqrar yönümlü ixtisaslara qəbul dövlət sifarişi hesabına həyata keçirilir,təkcə bu il qəbul olunan tələbələrin 970 nəfəri və ya 74%_i dövlət sifarişlidir, yəni həmin tələbələrin təhsil haqları dövlət hesabına ödənilir, tələbələr müvafiq təqaüdlər alırlar. Artıq bir ildir ki,Prezident İlham Əliyevin sərəncamı ilə universitetlərə əlavə təqaüd yerləri verilib, ADAU  üçün də 470 təqaüd yerləri ayrılıb ki, bu böyük bir tələbə kütləsini əhatə edir. Bu gün aqronomluq və baytarlıq fakültələrində təhsil alan 2100 tələbənin hamısı dövlət sifarişi ilə təhsil alır. Aqrar təhsilə verilən dəyər təkcə təqaüdlərlə ölçülmür, modern universitet, tələbə evləri, yüksək maddi-texniki baza, yeni tədris korpusu, universitetin nəzdində peşə məktəbi və onlarla digər layihələr bu dəyərin yalnız bir hissəsidir.

ADAU-nun tədris -təcrübə təsərrüfatı  artıq müəllim və tələbələrin praktik vərdişlərin öyrənilməsi mərkəzinə çevrilib. Bu təsərrüfatda 80 hektar torpaq sahəsi, 35 baş iribuynuzlu heyvan, 150 baş xırdabuynuzlu heyvan, 8 baş yerli at cinsləri, 400 ədəd toyuq, hinduşka, qaz, ördək, keçi, yay və qış auditoriyaları, heyvan kəsimi sexi, ətin keyfiyyət laboratoriyası, maşın-traktor parkı, anbar və s mövcuddur.Bütün bunlar isə peşəkar kadrlar hazırlamaq üçün son bir neçə  ildə əldə olunan nailiyyətlərdir ki, rektor İbrahim Cəfərovun rəhbərliyi dövrünə təsadüf edir.Belə görünür ki,yaxın 2-3 il müddətində kadr qıtlığına son qoyulacaq,kənd təsərrüfatının inkişaf dinamikası bir qədər də yüksələcək.

Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri də gündən-günə genişlənir,universitet, onun beynəlxalq əlaqələr şöbəsi yeni tərəfdaşlar axtarır. Hazırda 22 ölkənin 100-ə qədər universitetləri ilə əlaqələr genişləndirilir.Bunların  bir qismi ilə daha fəal münasibətlər qurulub, müəllim-tələbə mübadiləsi,qarşılıqlı beynəlxalq konfransların keçirilməsi, yüksək indeksli KİV-lərdə  məqalələr dərc edilməsi və s. yer alır. Amerikanın İllinoyus, Polşanın Təbiət Elmləri, Krakovo Aqrar Universiteti, Bolqarıstanın Plovdiv Aqrar Universiteti,  Macarıstanın Kapoşvar, Norveçin Təbiət Elmləri, Almaniyanın Vaynştefan, Rusiyanın Dövlət Aqrar Universiteti, Volqoqrad, Miçurin, Dağıstan, Kabardin-Balkar, Ukrayna, Belorus, Moldova , Baltikyanı ölkələrin aqrar universitetləri ilə daimi iş aparılır. Qardaş Türkiyənin Ankara, İstanbul, Egey, XIX mays, Ərzurum Atatürk, Konya Səlcuq, İğdır və digər universitetləri, Türkdilli dövlətlərdən Qazaxstan, Özbəkistan, Qırğızıstan Aqrar universitetləri ilə müxtəlif layihələr çərçivəsində çalışılır. Bunlar beynəlxalq əlaqələrlə bağlı görülən işlərin heç də hamısı deyil.

Təəssüf ki,cəmi bir neçə il ərzində əldə edilmiş bu qədər uğurları qiymətləndirə bilməyən mətbu orqanlar-qəzetlər,saytlar da var.Bu yerdə dahi Lev Tolstoyun bir fikri yada düşür: "Heykəli görünüşü,insanı əməlləri zinətləndirir".

Faktinfo.az






Azərbaycan Dövlət Aqrar Universiteti: xidmət,yoxsa nöqsan?-Azərbaycan Dövlət Aqrar Universiteti: xidmət,yoxsa nöqsan?-Azərbaycan Dövlət Aqrar Universiteti: xidmət,yoxsa nöqsan?-Azərbaycan Dövlət Aqrar Universiteti: xidmət,yoxsa nöqsan?-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi