Azərbaycan Dövlət İqtisad Universiteti təkrar yoxlanılır

Azərbaycan Dövlət İqtisad Universiteti təkrar yoxlanılır 

Ədalət Muradov hansısa səbəblərdən Universitetdə nəzarəti gücləndirir,baş verənləri mətbuatdan mümkün qədər gizli saxlamağa çalışır.

Faktinfo.az xəbər verir ki, bir sıra təhsil müəssisələri, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti təkrar yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Hesablama Palatası bir neçə ay bundan qabaq ADİU-da yoxlamalar aparıb. Lakin məlum yoxlama prosesi başa çatdıqdan bir müddət sonra 2014-2016-cı tədris ilinə dair xərclənən vəsaitərin təkrar yoxlanılması haqda qərar qəbul edilib. Bu isə müəyyən mənada ADİU və digər təhsil müəssisələrini çətin duruma sala bilər. Çünki təkrar yoxlama yaxşı sonluq vəd etmir.

Görünən odur ki, aidiyyatı rəsmi qurumlar indiki iqtisadi böhranla əlaqədar bir sıra ali məktəblərdə maliyyə pozuntularına, israf etməyə göz yummaq istəmir. Ona görə də daha dərin yoxlama aparmasına start verilib.Digər tərəfdən rektor Ədalət Muradov özü də hansısa səbəblərdən Universitetdə nəzarəti gücləndirir,baş verənləri mətbuatdan mümkün qədər gizli saxlamağa çalışır. Məsələn, o, İnformatika Kommunikasiya Texnologiyaları Mərkəzinin texniki xidmət və proqram şöbəsinin müdiri Elxan Şükürovu 28.02.2017-ci il tarixində vəzifəsindən kənarlaşdırıb. Bir neçə gün sonra isə E.Muradov Elxan Şükürovun yanında işləyən oğlu Azər Şükürovu da işdən azad edib. Buna səbəb ata və oğulun semest imtahanları zamanı texnologiyaya müdaxilə edərək bir qrup tələbəyə imtahandan keçmələri üçün şərait yaratmaları olub. Sözügedən məsələlərə aydınlıq gətirmək məqsədilə dəfələrlə ADİU-da aidiyyatı şəxslərə müraciət etsək də,qarşı tərəfin mövqeyini öyrənmək heç cür mümkün olmadı.

Yeri gəlmişkən, onu da xatırladaq ki, bir müddət əvvəl İqtisad Universitetində bir həftə ərzində tələblərdən müxtəlif adlar altında 620 min manat pul yığılması haqda xəbərlər yayılmışdı. Tələbələrdən birinin hərbçi valideyninin Prezident Administrasiyasına şikayətindən sonra məsələ əməlli-başlı ictimailəşmiş və ciddi qalmaqala səbəb olmuşdu.O zaman rektor Ədalət Muradov Cənubi Koreyada səfərdə olduğunu bildirmiş və onun adından istifadə edərək tələbələrdən pul yığan şəxslər,eləcə də Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar” üzrə direktor müavini Nizami Musayev, universitetin hazırkı prorektoru Şaiq Əsgərovun qohumları və daha yeddi müəllimin adı mətbuatda hallanmış, nəticədə onlar işdən azad edimişdi.

Hazırda yayılan məlumatlara görə,özünü günahsız sayan həmin müəllimlərdən biri hər şeyin olduğu kimi açıqlanması və əsl həqiqətlərin üzə çıxması üçün ölkə KİV-lərinə danışmağa hazırlaşır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər