"Azərbaycan-Gürcüstan əlaqələri Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra..."

"Azərbaycan-Gürcüstan əlaqələri Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra..." -Aqiyə Naxçıvanlı

"Gürcüstan Cənubi Qafqaz regionunda ənənəvi olaraq Azərbaycanın ən yaxın müttəfiqidir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yaranmasına gətirib çıxardı.

Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. Bu strateji əməkdaşlıq ötən illər ərzində bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Buna paralel olaraq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ölkələrimiz arasında siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və bu, münasibətlərə strateji xarakter verir.”


Faktinfo.az xəbər verir ki,bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan-Gürcüstan əlaqələrinin əsasını Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfəri dönəmindən başlayaraq dərinləşdiyini,bunun Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinə qədər inkişaf etdirildiyini şərh edərkən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Deputat fikirlərini davam etdirərək bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında mövcud olan strateji münasibətlər xalqlarımız arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələri üzərində qurulmaqla, eyni zamanda bu gün Azərbaycanın həyata keçirdiyi və beynəlxalq hüquqa, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət sayəsində daha da genişlənir və möhkəmlənir: “Məlum olduğu kimi, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirilərək uğurla həyata keçirilən xarici siyasət kursu beynəlxalq hüquq prinsiplərinin aliliyinə, praqmatizmə, qarşılıqlı-faydalı və çoxqütblü əməkdaşlığa əsaslanan mükəmməl bir strategiyadır. Məhz bu siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artmasını, mövqelərinin möhkəmlənməsini təmin edir. Həmçinin Azərbaycan hər zaman qonşu ölkələrlə ən səmimi dostluq əlaqələrinin qurulmasında maraqlı olduğunu nümayiş etdirib.

Təəssüflər olsun ki, tarix və son dövrdə baş verən müəyyən hadisələr ölkəmizin bu təşəbbüslərinin heç də bütün qonşularımız tərəfindən layiqincə qiymətləndirilmədiyinə şahidlik edir. Bununla belə, Azərbaycanın xarici siyasətinə adekvat reaksiya verən və ölkəmizlə əməkdaşlıq əlaqələrini qurmaq və genişləndirmək istəyən ölkələrin sayı müqayisə olunmaz dərəcədə daha çoxdur. Əlbəttə ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əsasında iki xalqın min illər tarixi olan qonşuluq və dostluq münasibətləri durur. Lakin etiraf olunmalıdır ki, sadəcə tarixi qonşuluq münasibətləri heç də bütün hallarda müasir strateji əlaqələrin formalaşmasını təmin edə bilmir. Əksinə, ən yeni dünya tarixi və bu günümüzdə cərəyan edən hadisələr bəzən qonşuluqla bərabər hətta dini və dili də eyni olan, eyni milli-etnik köklərə malik olan xalqların belə dövlətləri arasında qanlı müharibələrin baş verdiyini əks etdirir. Bu isə o deməkdir ki, müasir dövrümüzdə ölkələr arasında əlaqələrin formatı ilk növbədə həmin ölkələrin rəhbərləri tərəfindən həyata keçirilən xarici siyasətdən, eləcə də bu rəhbərlərin öz aralarında qura bildikləri şəxsi münasibətlərdən asılıdır. 


Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan və Gürcüstanın dövlət və hökumət başçıları səviyyəsində görüşləri müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyev Gürcüstana rəsmi səfər etmişdi. Aprel ayının 7-də isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə dövlət səfəri edib. Maraqlı bir məqam bundan ibarətdir ki, artıq qarşılıqlı səfərlər zamanı dövlət və hökumət başçıları arasındakı görüşlər təkcə paytaxtda deyil, həmçinin regionlarda da keçirilir. Bu isə dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. O cümlədən İrakli Qaribaşvilinin Azərbaycana bu dəfəki səfəri də Qəbələ rayonuna olmuşdur. Aprelin 7-də Qəbələdə mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçirdikləri görüş zamanı apardıqları müzakirələrin mövzusuna, ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə dair maraqlı açıqlamalar təqdim ediblər. Qeyd olunub ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır.”


Daha sonra A.Naxçıvanlı Azərbaycan və Gürcüstanın həmçinin yaşıl enerji sahəsində əməkdaşlıqlarının böyük perspektivə malik olduğunu qeyd edərək bunları deyib: “Öz çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq əlaqələri və enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir. Daha dəqiq desək, ölkələrimiz arasında davamlı dostluq əlaqələri bu gün Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edən məsələlərdən biridir. Məlumdur ki, Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır. Ölkəmiz özünü artıq etibarlı tərəfdaş kimi təsdiq edib. O cümlədən Gürcüstan da hazırda etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşı kimi çıxış edir. Lakin Azərbaycan bu gün artıq özünün yaşıl enerji üzrə potensiallarını reallaşdırmağı hədəfə alıb və bu istiqamətdə işlərə artıq başlanıb. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli Sazişə imza atmışlar. Bu ilin fevral ayında isə Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir. Əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır, eyni zamanda, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Bu çox möhtəşəm bir layihədir. Bərpaolunan enerjini Avropaya çatdırmaq üçün Qara dənizin dibi ilə elektrik kabeli aparılacaq. Yaşıl enerjini Avropaya nəql etmək üçün nəhəng potensial mövcuddur və bu, çox böyük perspektivləri olan bir gələcəkdir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi