Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşları qəbul edib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşları qəbul edib 

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə 24 aprel 2019-cu il tarixində Bərdə şəhərində Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qrumdan  Faktinfo.az-a verilən məlumata görə,qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Bərdə Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarının olan 38 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyundan əziyyət çəkən fermerlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşları qəbul edibAzərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşları qəbul edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi