“Azərbaycan müharibədən sonra daha da güclənib” -DEPUTAT
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bir çox vacib məqamlara aydınlıq gətirdi.
Əsas mesajlardan biri İkinci Qarabağ müharibəsindən sonra qarşıya qoyduğumuz vəzifələrin vaxtında icrası ilə bağlıdır.
Yəni, Azərbaycanın son iki ildə qazandığı ən böyük uğurlardan biri hərb meydanında əldə etdiyimiz qələbənin siyasi müstəvidə təsdiqlənməsidir. Prezident İlham Əliyevin də söylədiyi kimi, əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi və bugün tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Eyni zamanda bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Rəsmi Bakı müstəqil siyasət aparan ölkə kimi öz nüfuzunu daha da möhkəmləndirir.
Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin üzvü Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki,bu yanaşma xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bu nüfuz daha da artmaqdadır. Çünki hazırki mürəkkəb şəraitdə qələbə qazanmaq asan məsələ deyil. Müsahibə zamanı dövlət başçımızın da söylədiyi kimi, biz Qələbəni risklərə getməklə, bəzi qüvvələrlə mübarizə apararaq qazandıq. Məsələ burasındadır ki, mübarizə bu gün də davam edir. Azərbaycanın qələbəsini həzm edə bilməyən bəzi dairələr təxribatçı yanaşmalarla bölgədə vəziyyəti gərginləşdirməyə çalışır. Amma bu gün bölgədə daha güclü Azərbaycanla qarşı-qarşıyadırlar. İşğal dövründə “status-kvo”nu dondurmaq da əslində bizim gücümüzü məhdudlaşdırmağa yönəlmişdi. Lakin bunun əkdi baş verdi. Azərbaycan bütün dövrlərdə balansı öz xeyrinə dəyişməyi bacardı. 44 günlük müharibə isə bu prosesin kuliminasiya nöqtəsi oldu. Bu gün nəticə etibarı ilə istər siyasi, istər iqtisadi, istərsə də hərbi güc bir çox ölkələrin bizimlə, məhz bizim yaratdığımız reallıqlarla hesablaşmasını zəruri edir. Bizim daha bir üstünlüyümüz isə hər zaman ədalətli və haqlı olmağımızdır. Bu məsələni də dövlət başçısı yerli telekanallara müsahibəsində bir daha bəyan etdi.
Mənbə: ulusal.az
Bu xəbər üçün şərh yazın