Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,92 dollar və yaxud 2,44% artıb.
Faktinfo.az xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 80,53 dollar/barelə bərabər olub.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın