Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyəyə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyəyə səfər edəcək -Avropanın bir nömrəli hava limanı açılır

İlham Əliyev İstanbulda yeni hava limanının açılışında iştirak edəcək. İlham Əliyevlə bərabər tədbirə Albaniya Prezidenti İlir Meta, Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Tani, Qırğızıstan Prezidenti Soronbay Jeenbekov, Kosova Prezidenti Haşim Taçi, Şimali Kipr Prezidenti Mustafa Akıncı, Makedoniya Prezidenti Georgi İvanov, Moldova Prezidenti İqor Dodon, Pakistan Prezidenti Arif Alvi, Serbiya Prezidenti Aleksandr Vuçiç, Sudan Prezidenti Ömər Həsən əl Bəşir, Bosniya Hersoqovina Baş naziri Denis Zvizdiç, Bolqarıstan Baş naziri Boyko Borisov qatılacaq.

Qeyd edək ki, açılış mərasiminə ümumilikdə 8 min insan dəvət edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi