Azərbaycan Tibb Universitetinin əməkdaşlarının maaşı artırılıb
Azərbaycan Tibb Universitetində çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, onlara verilən əlavə əməkhaqqı isə 10% artırılacaq.
Bu barədə ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub.
Rektor, professor Gəray Gəraybəyli bu artımın son illərdə universitetimizə qəbul edilən xarici vətəndaşların sayının çoxalması sayəsində mümkün olduğunu deyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın