Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş uçuşları davam edir
“TURAZ Şahini – 2018” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın