Azərbaycanda 28 yaşlı gənc böyrəyini satışa çıxardı - Övladına görə...

Azərbaycanda 28 yaşlı gənc böyrəyini satışa çıxardı - Övladına görə... 

Övladının ac qalmağını istəməyən ata daxili orqanını satmaq qərarına gəlib.

Lənkəran şəhər sakini Hafiz Şahbazov Unikal.org-a açıqlamasında bildirib ki, 1 yaşlı övladının ehtiyaclarını ödəmək üçün böyrəyini satışa çıxarıb:

"Mən işləmədiyim üçün, daha doğrusu, iş tapa bilmədiyim üçün maddi vəziyyətim çox çətindir. Bir övladım var və onu saxlamağa imkanım yoxdur. İşsizəm özümün borclarım var. Normal maaşı olan iş tapa bilmirəm. Ailəmi dolandırmalıyam. Ali təhsilim yoxdur, montajçı, quraşdırıcı kimi işləmişəm. İki ay bundan əvvələ qədər işləyirdim. Ailəmi dolandıra bilmədiyim üçün könüllü olaraq böyrəyimin birini təcili satmağa qərar vermişəm. Sosial şəbəkələrdə və internet resurslarında elan vermişəm. Böyrəyimi 14 min manata satıram".


Azərbaycanda 28 yaşlı gənc böyrəyini satışa çıxardı

Azərbaycanda 28 yaşlı gənc böyrəyini satışa çıxardı  

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər