Azərbaycanda 5 tələbənin öldüyü hadisə ilə bağlı ŞOK FAKT - Avtomobil "Elşən - Rent a Car" şirkətinə məxsus olub
Mayın 20-də Bakı-Qazax magistralının 112-ci kilometrliyində - Hacıqabul şəhəri yaxınlığında 5 tələbənin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Məlumata görə, İmişli rayonundan olan gənclər qəzaya düşdükləri "Hyundai Accent" markalı, 99 LD 773 dövlət qeydiyyat nişanlı avtomobili elə həmin gün icarəyə götürübmüş. Avtomobil "Elşən - Rent a Car" şirkətinə məxsus olub və 17 yaşlı Əmiraslan Əmiraslanlının adına maşından istifadə ilə bağlı yol kağızı verilib. Lakin yaşı hələ 18 tamam olmamış Əmiraslanın sürücülük vəsiqəsi olmayıb.
Hadisəni araşdıran istintaqçılar qəzaya düşən avtomobilin kameralara və radarlara düşüb-düşməməsini də araşdırıb. Məlum olub ki, avtomobil kamera və radarların olduğu yerlərdən qanunun tələb etdiyi sürətlə keçib. Daha sonra isə sürəti artırıblar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın