Azərbaycanda 9 ballıq zəlzələ ola bilər - ekspert xəbərdarlıq edir
Son bir həftə ərzində bölgədə seysmoloji aktivlik müşahidə edilirBelə ki, noyabr ayının 12-də İran-İraq sərhədində baş verən 7,3 bal gücündəki zəlzələ nəticəsində böyük şəhərlərdəki yaşayış məskənləri yerlə yeksan olub. 530 nəfər həlak olub, 8000-dən çox insan yaralanıb. Zəlzələ İranla Azərbaycan sərhəddində olan Azərbaycan rayonlarında, Naxçıvan Muxtar Respublikasında hiss edilib.
Ötən gecə yerli vaxtla saat 23:48-də Ağdam rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ digər rayonlarda da hiss olunub. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.
Regionda yaşanan seysmoloji aktivliklə bağlı metbuat.az-a açıqlama verən ekoloq, seysmoloq Ənvər Əliyev bildirib ki, zələlərə hər dəqiqə hazırlıqlı olmalıyıq: "Zəlzələri qabaqcadan bilmək yox, qanunauyğunluğu tutmaq mümkündür. Yer kürəsində 3 istiqamətdə zəlzələ zonası var. Şimali Amerikadan başlamış Cənubi Amerika, Kuril adalarından başlamış İndoneziya və bizim regionun yerləşdiyi – Alp dağlarından İndoneziyaya qədər olan 3 seysmik zona mövcuddur. Yerin oynaq hissəsinə düşdüyünə görə, bu ərazilərdə müxtəlif vaxtlarda zəlzələr qeydə alınır. Alp dağlarından tutmuş, Qafqaz dağlarından Himalay dağlarına kimi olan ərazidə yerləşən ölkələrdə - Azərbaycan, Türkiyə, İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan və Avropa ölkələrində zəlzələ ehtimalı var. Lakin onun vaxtını heç kim öncədən deyə bilməz. Sadəcə, buna hazırlıqlı olmalıyıq".
Seysmoloq zəlzələlərə necə hazırlıqlı olmaq haqqında da danışıb: "Seysmik zonada tikilən bütün yaşayış infrastrukturlarında diqqətli olmaq lazımdır. Bizim ərazimizdə tikilən evlər, yollar, körpülər, məscidlərin tikintisini aparan şirkətlər bilməlidir ki, bura 7, 8, hətta 9 ballıq zəlzələ zonasıdır. Tikinti işləri bu istiqamətdə aparılmlıdır”.
Bu xəbər üçün şərh yazın