Azərbaycanda narkomanların sayı sürətlə artır! – Səhiyyə Nazirliyi
Ötən il Azərbaycanda 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.
Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, bu barədə Respublika Narkoloji Dispanserdən bildirilib.
Qeyd olunub ki, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.
Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.
Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın